Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı fərman
17-08-2020, 19:33
260

Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı fərman

“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Prezidentin 2012-ci il 24 aprel tarixli 613 nömrəli fərmanında dəyişiklik edilib.
Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Həmin fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” yeni redaksiyada təsdiqlənib.
Həmçinin, “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik təsdiq olunub.
Nazirlər Kabinetinə tapşırılıb ki, “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.40.37-ci bəndinə uyğun olaraq, təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması qaydasını Prezidentlə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin.
Həmçinin, həmin qaydaların 14.4-cü bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiqləməlidir.
Nazirlər Kabineti Qaydaların 17.5-1-ci bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi qaydasını Prezidentlə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir.
Həmin Qaydaların 3.12.22-1-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində yüklərin və poçt göndərişlərinin aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.
Həmin Qaydaların 7.1-3-cü bəndinə uyğun olaraq, hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.
Nazirlər Kabineti həmin Qaydaların 10.40.2-ci yarımbəndinə uyğun olaraq, mülki hava gəmiləri ilə daşınan yük və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir.
Bundan başqa fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə isə aşağıdakılar tapşırılıb ki, “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.30.2-1-ci yarımbəndinə uyğun olaraq, sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi qaydasını təsdiqləməlidir.
Nazirliyə tapşırılıb ki, həmin Qaydaların 14-6.5.2-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması metodikasını təsdiq etsin.
Bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görməlidir.

Oxşar xəbərlər

“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
“ASAN müraciət” informasiya sistemi yaradılır - Sərəncam
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib
Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM
Artur Rəsizadənin verdiyi qərar ləğv edildi
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək
Bələdiyyələrlə bağlı iki qanun layihəsi hazırlandı
Prezident yeni dövlət qurumu yaratdı
Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
Əli Əsədovdan iki mühüm QƏRAR
Baş Nazirdən yeni qərar
Prezidentdən Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə tapşırıq
Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?
Prezidentdən ƏDV ilə bağlı MÜHÜM FƏRMAN
Nazirlər Kabinetindən yeni qayda - Dövlət Gerbi ilə bağlı
Ədliyyə nazirindən məhkumlara psixoloji yardımla bağlı QƏRAR
Əli Əsədovdan mühüm sərəncam
Azərbaycanda yeni holdinq yaradıldı - Prezidentdən FƏRMAN
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib
Sabah dövlət orqanlarının son vaxtıdır - SİYAHI
Dövlət Dəniz Agentliyi xəbərdarlıq etdi
Maliyyə Nazirliyindən dövlət şirkətlərinə xəbərdarlıq
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi