Bu gündən kafe və restoranlar açıldı
18-08-2020, 10:12
246

Bu gündən kafe və restoranlar açıldı

Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, YevlaxMasallıCəlilabad, Mingəçevir şəhərlərinin və AbşeronBərdəSalyanXaçmazGoranboyGöygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində avqustun 18-dən dəyişiklik edilməsi haqda qərar qəbul edib.
Operativ Qərargahdan verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə bu gündən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib.
Bakı, Sumqayıt, Gəncə, YevlaxMasallıCəlilabad, Mingəçevir şəhərlərinin və AbşeronBərdəSalyanXaçmazGoranboyGöygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçiriləcək.
Qərarda ictimai iaşə obyekti kimi yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.
İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə isə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur.
İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.
Qərara əsasən, fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərinin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.

Oxşar xəbərlər

Azərbaycanda idman oyunlarına qadağalar aradan qalxdı
Bu gündən avqustun 24-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
Azərbaycanda daha bir məhdudiyyət tətbiq edilir
Bakıda birgə reydlər keçirilir
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
Baş infeksionistdən vətəndaşlara kafe və restoranlarla bağlı müraciət
Rayonlara gediş-gəlişlə bağlı rəsmi açıqlama
13 şəhər və rayonlarının ərazisinə bəzi şəxslərin giriş-çıxış qaydası məlum olub
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Avqust karantinin son ayı olacaq?
190 manatı alacaq şəxslərin siyahısı banklara göndərildi
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Avqustun 31-dək qüvvədə olan qadağalar
DYP 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edib
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP
Bu gündən 190 manatın verilməsinə BAŞLANILDI
Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydaları
Rayonlara gediş-gəliş açılırmı?
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video
190 manatın verilməsi başa çatdırıldı
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
Rayonlara gediş-gəlişlə bağlı açıqlama
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ