Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi icraata verilib.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Məlumata görə, avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
Prokurorluğun məlumatında o da qeyd olunub ki, son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılmaqdadır. Bununla bağlı bildirilib ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb./APA
Eldar Həsənovun cinayət işi icraata verildi
17
avqust
18:45

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Eldar Həsənov on milyonlarla manatı mənimsəməkdə ittiham olunur
Eldar Həsənov özünə yeni vəkil tutdu
Vüqar Səfərli ilə əlbir olan digər şəxslərin adları AÇIQLANDI
Bu gün Eldar Həsənovun ev dustaqlığına buraxılmasına dair şikayətinə baxılacaq
Eldar Həsənovun həbs müddəti UZADILDI
Apellyasiya Məhkəməsi Eldar Həsənovla bağlı qərar verdi
"Eldar Həsənovun sağlıq durumu yaxşı deyil" - Qardaşından AÇIQLAMA
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Azərbaycanda vəzifəli şəxsin mülkinə həbs qoyuldu
Eldar Həsənovun necə saxlandığı açıqlandı
Vüqar Səfərlidən xəbər var
Vüqar Səfərlidən xəbər var
Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir
Eldar Həsənovun hüquqlarını vəkil Adil İsmayılov müdafiə edəcək
Azərbaycanda bu xəstəxananın direktoru külli miqdarda pul mənimsəyib
Vüqar Səfərlinin məhkəməsinin vaxtı MƏLUM OLDU
Eldar Həsənovun ayaqları tutulub
Ağstafa icra başçısının nümayəndəsi HƏBS EDİLDİ
Bu gün Vüqar Səfərlinin məhkəməsi başlayır
Nazim İbrahimovun qardaşı məhkəmə qarşısına çıxarılır
Nazim İbrahimovun qardaşı HƏBS EDİLDİ
Bakıda şirkət rəhbərinin qanunsuz əməlləri ifşa edildi
“Rabitəbank”ın əməkdaşı HƏBS EDİLDİ
“Azərxalça”nın sabiq rəhbərinin həbs müddəti uzadıldı
Dələduzluq edən "vəzifəli şəxs" SAXLANILDI
Eldar Həsənov əməliyyat olundu
Xəstəxana direktoru mənimsədiyi pulu geri qaytardı
“Azərpambıq”ın sabiq direktoru HƏBS EDİLDİ
Eldar Həsənov apellyasiya şikayəti verib
“Azərxalça”nın rəhbəri HƏBS EDİLDİ
- İrəvanda Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirilir - VİDEO
- Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
- Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
- Şəmkir necə AĞLAR GÜNƏ QALDI... - İLGİNC FAKTLAR
- "Yeni Müsavat"ın baş redaktoru istefa verdi
- Sabiq baş nazirlə səfir arasında qalmaqal: "Onu ciddi adam kimi tanıyırdım" (YENİLƏNİB)
- İrlandiyanın baş naziri Kiyevə gəldi
- Prezident Roza Zərgərlinin oğluna ev verdi - FOTO
- Sabah 36 dərəcə isti olacaq
- Rusiya yenidən İlan adasına zərbə endirməyə cəhd edib
- Rusiyanın ən böyük qurğuşun istehsalı zavodu fəaliyyətini dayandırdı
- Milli Məclisin iclasının gündəliyi dəyişdi
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?