Azərbaycan Respublikasında mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aslan Əhməd oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Aslan Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC)ın İdarə Heyətinin sədridir. O, bundan əvvəl Əməkdar Mədəniyyət İşçisi (2000), "Tərəqqi" medalı (2005), "Vətənə xidmətə görə" ordeni (2010), "Şöhrət" ordeni (2011) mükafatlarını alıb. Bu gün onun 70 yaşı tamam olur.