Bakı polisi karantin qaydalarına görə nəzarəti gücləndirdi
18-08-2020, 11:37
178

Bakı polisi karantin qaydalarına görə nəzarəti gücləndirdi

Fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər gücləndirilib.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində naryad qrupları təlimatlandırılıb.
İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət həyata keçirilir.
Paytaxt sakinlərinin  diqqətinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur. Mövcud qayda və tələblərə əməl etməyən, fəaliyyətinə icazə verilən sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Oxşar xəbərlər

Polis və hərbi qulluqçular Bakı küçələrində nəzarəti gücləndirdi
Polis maska taxmayanlara qarşı tədbir keçirdi
Bakı polisi nəzarəti gücləndirdi - Xüsusi karantin rejim ilə bağlı (FOTO)
Karantin qaydalarına​ əməl etməyən restoran və kafelər aşkarlanıb
Bakıda birgə reydlər keçirilir
Polis məhəllədaxili yerlərdə nəzarəti gücləndirib
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
Bakıda karantin qaydalarına əməl etməyən restoran aşkarlanıb
Bakıda karantini pozan restoran aşkarlandı,  46 nəfər cərimələndi
Bakıda polis COVID-19 xəstəsini küçədə yaxaladı
Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR
Oktyabrın 1-dək bağçalar tam açılacaq - BŞİH
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
Maska taxmayan 9 nəfər cərimələndi
Daha bir istirahət mərkəzində karantin qaydaları pozuldu
Bakıda marketlərdə reyd keçirilib - Cərimələnənlər var
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Tərtərdə uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya və təmizlik işləri aparılır
Bakıda Tibb Mərkəzi karantin qaydalarını pozdu
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Maskadan istifadə etməyənlər CƏRİMƏLƏNDİ
“Planet Parni İz Baku” karantin qaydalarını pozduğuna görə cərimələndi
Restoran sahiblərinə xəbərdarlıq edilib
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
Azərbaycanda maska cəriməsi: - Harda "maskalanmaq" məcburidir?
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanıldı