Qazax-Ağstafa ərazisində postlarımız 1500-1700 metr irəli çəkilib
18-08-2020, 11:53
49

Qazax-Ağstafa ərazisində postlarımız 1500-1700 metr irəli çəkilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin potensialını, hərbi qulluqçularının peşəkarlığını, Azərbaycan dövlətçiliyinə sadiqliyini nəzərə alaraq Qazax-Ağstafa rayonları ərazisində AzərbaycanErmənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etməklə bizim üçün ciddi tapşırıqlar müəyyən etmişdir. Azərbaycan sərhədçisinə ali inamın ifadəsi olan bu tapşırıqların icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimizdir!”.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib.
E.Quliyev bildirib ki, səngərdə və sərhəddə Ermənistanla dövlət sərhədlərinin mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyası fəaliyyət göstərdiyi dövr ərzində formalaşaraq hərbi intizamı və döyüş qabiliyyətinin yüksək olması ilə fərqlənən hərbi birləşməyə çevrilmiş, qısa müddət ərzində dövlət sərhədinin mühafizəsində və müdafiəsində yüksək nəticələr əldə edib.
Qazax-Ağstafa rayonları ərazisində AzərbaycanErmənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində bilavasitə düşmənlə təmas xəttində sərhədçilərimiz üçün 89 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, 4 hərbi hissə kompleksi tikilərək istifadəyə verilmişdir, bir hərbi hissə kompleksi və 3 sərhəd məntəqəsində isə tamamlama işləri aparılır.
Xidməti ərazilərdə düşmən tərəfindən törədiləcək istənilən təxribatın qarşısını almağa imkan verən əlverişli xidmət şəraitinin yaradılması, təhlükəsiz xidmətin təşkili, bütün cəbhəboyu ərazidə üstünlük əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, sərhəd-döyüş məntəqələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, sərhədçilərimizin ən müasir silahlarla, aşkaretmə cihazları və digər texniki vasitələrlə təmin edilməsi, mühəndis təchizatının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
Bu tədbirlər sırasında bütün xidməti ərazi boyu döyüş postlarına aparan və onlar arasında yolların, həmçinin təhlükəsizliyin təmin edilməsi üçün yol boyu qoruyucu sədlərin çəkilməsi, bütün sərhəd döyüş məntəqələrinin xüsusi radiorabitə vasitələri ilə təmin edilməsi, xətti rabitə sisteminin yenilənməsi, sərhəd döyüş məntəqələrində yüzlərlə videomüşahidə kameralarının və günəş paneli sistemlərinin quraşdırılması xüsusi qeyd edilməlidir”.
Generalın bildirdiyinə görə, Ermənistan silahlı bölmələrinin sərhədboyu ərazidə təxribatlarının, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkmə cəhdlərinin qarşısı qətiyyətlə alınıb:
“Cavab tədbirləri nəticəsində dövlət sərhəd xəttinə 2000 metrə qədər məsafədə olan bir çox mövqelərimizin 1500-1700 m irəli çıxarılması yaxınlıqdakı yaşayış məntəqələrimizin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa, strateji cəhətdən əlverişli istiqamətlərdə yeni sərhəd döyüş məntəqələrinin yaradılmasına imkan vermişdir. Eyni zamanda düşmənin yaşayış məntəqələrinə, magistral yollarına və strateji əhəmiyyətli obyektlərinə nəzarət imkanları artırılmışdır.
Mühəndis işləri görən silahsız sərhədçilərimizə və mülki şəxslərə qarşı silah tətbiq etməkdən çəkinməyən namərd düşmənin bütün təxribatlarına sərhədçilərimiz tərəfindən layiqli cavab verilmiş, atəş nöqtələri susdurulmuş, hərbçiləri məhv edilmiş, düşmənin 5-6 qat artıq tələfat verməsinə nail olunmuşdur.
Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Lələtəpədən başlamış zəfər yürüşünün davamıdır.
Cari ilin iyul ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısı Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alındı, əsgər və zabitlərimizin qəhrəmanlığı mənfur düşməni itki verərək geri çəkilməyə məcbur etdi.
14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü Azərbaycan xalqının sarsılmaz iradəsini, xalqın öz Prezidentinə və Silahlı Qüvvələrinə inamını və sədaqətini, onların yanında olduğunu bir daha ən yüksək səviyyədə nümayiş etdirdi.
Ali Baş Komandanımızın göstərdiyi qətiyyətli mövqe, gündən-günə güclənən Silahlı Qüvvələrimiz və xalqımızın mübariz ruhu Azərbaycan torpaqlarının tezliklə azad olunmasına gətirib çıxaracaqdır”.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi və komandanlığı altında Silahlı Qüvvələrimiz tərəfindən yaxın müddətdə dövlətimizin ərazi bütövlüyünun təmin ediləcəyinə və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminliyimiz gündən-günə artır, qələbəmiz anbaan yaxınlaşır! Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də bu vəzifələrin icrasında şərəflə iştirak etməyə həmişə hazırdır!”,- deyə DSX rəisi bildirib.

Oxşar xəbərlər

Prezidentin köməkçisi Ermənistanla sərhəddə - FOTOLAR
Düşmənlə təmas xəttində 89 müasir sərhəd məntəqəsi istifadəyə verilib
“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib
Elçin Quliyev istefaya göndərilən generala vəzifə verdi
Elçin Quliyev Tovuz döyüşlərindən danışdı
General: "9 tondan çox narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb"
DSX: Düşmənin daha bir təxribatının qarşısı alındı
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
İran-Azərbaycan sərhədində atışma: ölən var
Sərhəddə içərisində narkotik vasitələr olan bağlama aşkarlandı
Sərhəddə TƏXRİBAT: Düşmənin diversiya qrupları...
"Yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar alınır" - DSX rəisi
Düşmən Qazax rayonunun kəndlərini atəşə tutub
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
Erməni diversiya qrupu təxribat törətdi
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
Ağstafada 4 ədəd aviabomba tapıldı - Foto
DSX və DİN-dən birgə ƏMƏLİYYAT
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Zakir Həsənov Ermənistanın törədə biləcəyi təxribatların qarşısının dərhal alınmasını əmr edib
DSX-nin rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb
DTX-nın həbs etdiyi generalın yerinə o təyin olunub - Foto
Gürcüstanla sərhəddə 28 nəfərdə şübhəli əlamətlər aşkarlanıb
DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı
Rusiya sərhədini qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı SAXLANILDI
Əbülfəs Qarayevdən sonra növbə ONUNDUR? - İDDİA
Məhkəmə DTX əməliyyatı ilə tutulan generalla bağlı qərar verdi
Sərhəddə "Keşikçi qala"mız var
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM