Elçin Quliyev Tovuz döyüşlərindən danışdı
18-08-2020, 11:56
287

Elçin Quliyev Tovuz döyüşlərindən danışdı

"Cari ilin iyul ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısı Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alındı, əsgər və zabitlərimizin qəhrəmanlığı mənfur düşməni itki verərək geri çəkilməyə məcbur etdi".
"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib.
"14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü Azərbaycan xalqının sarsılmaz iradəsini, xalqın öz Prezidentinə və Silahlı Qüvvələrinə inamını və sədaqətini, onların yanında olduğunu bir daha ən yüksək səviyyədə nümayiş etdirdi. Ali Baş Komandanımızın göstərdiyi qətiyyətli mövqe, gündən-günə güclənən Silahlı Qüvvələrimiz və xalqımızın mübariz ruhu Azərbaycan torpaqlarının tezliklə azad olunmasına gətirib çıxaracaqdır. Bu gün hər bir sərhədçimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürurludur və dövlət sərhədlərinin toxunulmazlığı naminə şərəflə xidmət edir. Azərbaycan Respublikasının PrezidentSilahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi və komandanlığı altında Silahlı Qüvvələrimiz tərəfindən yaxın müddətdə dövlətimizin ərazi bütövlüyünun təmin ediləcəyinə və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminliyimiz gündən-günə artır, qələbəmiz anbaan yaxınlaşır! Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də bu vəzifələrin icrasında şərəflə iştirak etməyə həmişə hazırdır!", - E.Quliyev bildirib.

Oxşar xəbərlər

Qazax-Ağstafa ərazisində postlarımız 1500-1700 metr irəli çəkilib
Elçin Quliyev istefaya göndərilən generala vəzifə verdi
DSX: Düşmənin daha bir təxribatının qarşısı alındı
Zakir Həsənov Ermənistanın törədə biləcəyi təxribatların qarşısının dərhal alınmasını əmr edib
Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO
Prezident şəhid generalın və polkovnikin ailələrinə başsağlığı verib
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
Zakir Həsənov: “Silahlı Qüvvələrimiz Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə öz vəzifəsini yerinə yetirəcək”
Ermənilər daha bir kəndimizi ATƏŞƏ TUTDULAR
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
MN: Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində nisbi sakitlikdir
“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib
General: "9 tondan çox narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb"
"Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov
Sərhəddə TƏXRİBAT: Düşmənin diversiya qrupları...
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
Akar:"Bu təlimlər bütün dünyaya bir mesajdır"
Düşmənlə təmas xəttində 89 müasir sərhəd məntəqəsi istifadəyə verilib
Erməni diversiya qrupu təxribat törətdi
“Azərbaycan ordusu çox ayıq-sayıqlıq göstərdi” – Millət vəkili
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Ceyhun Bayramov İtaliya səfiri ilə görüşüb
Düşmənin hərbi nəqliyyat vasitəsi sərrast atışla məhv edilib - Naxçıvan istiqamətində +Video
Hulusi Akar Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov: "Allah vətənimizi, dövlətimizi, Ordumuzu və əsgərlərimizi qorusun
"Yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar alınır" - DSX rəisi
Əbülfəs Qarayevdən sonra növbə ONUNDUR? - İDDİA