"Belə ucuz oyunlar ancaq ermənilərə məxsus ola bilər" - Qara Qarayev
4-10-2019, 09:05
7 076

"Belə ucuz oyunlar ancaq ermənilərə məxsus ola bilər" - Qara Qarayev

"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsində səfərdə "Düdelanj"a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda danışıb.
- Bu komandaya çox böyük hörmətimiz var idi. Çünki APOEL-lə necə oynadığını bilirdik. Amma buna baxmayaraq düşünürəm ki, bu gün layiqli qələbə qazandıq.  İşimiz davam edir. Çalışacağıq ki, növbəti matçlarda uğurumuzu təkrarlayaq.
- Matçda separatçı rejimin bayrağının gətirilməsi zamanı sizin də reaksiyanız oldu. Ümumiyyətlə, meydanda baş verənlər haqda nə deyə bilərsiniz?
- Biz artıq belə provakasiyalı hallara hazırıq. Ağdamın "Qarabağ" klubu Avrokubokda oynayır və bu qarşılaşmada qondarma respublikanın bayrağını göstərmək, belə ucuz oyunlar ancaq ermənilərə məxsus ola bilər. Əlbəttə ki, xoş deyildi. Biz idmançıyıq. Çalışırıq ki, təmsil etdiyimiz yerin bayrağını uca tutaq. Ona görə də reaksiyamız bundan aşağı səviyyədə ola bilməzdi.
- Qurban Qurbanov mətbuat konfransında dedi ki, oyunda fasilə yarananda sonra futbolçularımız çox əsəbi idilər. Orada sizinlə söhbət etdiyini, daha sonra onun istədiyi kimi çıxış etdiyinizi vurğuladı. Baş məşqçi orada sizə nə dedi?
- Nəticə bizim xeyirimizə idi. Daha sakit olmağa çalışmalı idik. Bəzi pis fikirli insanların qurbanı olmamalı idik. Çünki UEFA belə məsələlərdə sərt qərarlar qəbul edir. Baş məşqçimiz də bizi  paltardəyişmə otağında topladı və dedi ki, sakit olmalıyıq, biz buradan qələbə ilə ayrılacağıq. Öz aramızda danışdıq ki, daha səbrli olaq. Çünki belə şeyləri başqa millətlər yox, ancaq ermənilər edə bilərdi.
- Artıq komandanızın 3 xalı var. Yaxşı qələbə qazandınız. Qarşıda isə APOEL-lə ardıcıl 2 oyununuz var. Bu barədə nə deyə bilərsiniz?
-  Düşünürəm ki, maraqlı görüşlər olacaq. "Düdelanj"  APOEL üçün sürpriz bir komanda idi. Amma biz APOEL-i yaxşı tanıyırıq, eləcə də onlar bizi. Nəticə baxımından heç nə planlaşdırmaq olmur. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.

Oxşar xəbərlər

"Mən fəxr edirəm ki, azərbaycanlıyam və "Qarabağ"ı çalışdırıram" - Qurban Qurbanov
“Qarabağ” Lüksemburqda darmadağına sevindi
"Çalışdıq ki, əski parçası yerə düşməsin"- Rəşad Sadıqov
“Qarabağ”ın oyununda erməni təxribatı
"Bizə qarşı tərbiyəsizlik edən ölkənin cavabını layiqincə verdik" - Əmrah Çelikəl
"Qarabağ" "Sevilya"ya belə uduzdu
“Qarabağ” qələbəsinə görə yarım milyon avro qazandı
Fatih Terim "Neftçi" ilə oyun haqda danışıb
“Qarabağ” – APOEL matçına nə qədər bilet satılıb?
Lopeteqi "Qarabağ"ın futbolçuları ilə görüşdü
Qarabağda “Lənkəranı tutmaq” haqda danışılır - Xankəndində nə baş verir?
“Moyes mənim üçün ata kimi idi”
Qarayevin gedişi Cəfərovu təşvişə salıb - İDDİA
UEFA Azərbaycan təmsilçisini Çempionlar Liqasından məhrum etməyəcək - RƏSMİ
“Qarabağ”ın yeni mövqeyi
Moskva “Spartak”ından Qurban Qurbanova təklif?
"Qarabağ" - APOEL oyununun biletləri satışda
"Təxribatla bağlı Lüksemburq səfirinə tapşırıq verildi" - XİN
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
Azərbaycan “Qarabağ”ı gözləyir - UEFA reytinqində
"Bavariya" finalda PSJ-yə rəqib oldu
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
“Tovuz öz torpağıyla, şəhidiylə, camaatıyla Azərbaycanın bir qürur yeri olacaq...”
Bağçadan ayrı düşən uşaqlar: - "Evdəki rahatlığa alışdıqdan sonra çətin olacaq"
ÇL: "İnter" darmadağınla finalda "Sevilya"ya rəqib oldu
Bu uşaq "Qarabağ" - "Sevilya" matçından əvvəl etdiyi hərəkəti ilə gündəm oldu
Avropa Liqasında gecənin bütün nəticələri: "Beşiktaş" son saniyələrdə...
“Azərbaycan özünü alçaltmayacaq”
Sürücülərin nəzərinə: Bakının bu hissəsində... - FOTOLAR
“Hər an müharibə başalaya bilər”