Düşmənlə təmas xəttində 89 müasir sərhəd məntəqəsi istifadəyə verilib
18-08-2020, 12:45
209

Düşmənlə təmas xəttində 89 müasir sərhəd məntəqəsi istifadəyə verilib

"Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində bilavasitə düşmənlə təmas xəttində sərhədçilərimiz üçün 89 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, 4 hərbi hissə kompleksi tikilərək istifadəyə verilib, bir hərbi hissə kompleksi və 3 sərhəd məntəqəsində isə tamamlama işləri aparılır".
"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib.
"Xidməti ərazilərdə düşmən tərəfindən törədiləcək istənilən təxribatın qarşısını almağa imkan verən əlverişli xidmət şəraitinin yaradılması, təhlükəsiz xidmətin təşkili, bütün cəbhəboyu ərazidə üstünlük əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, sərhəd-döyüş məntəqələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, sərhədçilərimizin ən müasir silahlarla, aşkaretmə cihazları və digər texniki vasitələrlə təmin edilməsi, mühəndis təchizatının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
Bu tədbirlər sırasında bütün xidməti ərazi boyu döyüş postlarına aparan və onlar arasında yolların, həmçinin təhlükəsizliyin təmin edilməsi üçün yol boyu qoruyucu sədlərin çəkilməsi, bütün sərhəd döyüş məntəqələrinin xüsusi radiorabitə vasitələri ilə təmin edilməsi, xətti rabitə sisteminin yenilənməsi, sərhəd döyüş məntəqələrində yüzlərlə videomüşahidə kameralarının və günəş paneli sistemlərinin quraşdırılması xüsusi qeyd edilməlidir", - DSX rəisi bildirib.

Oxşar xəbərlər

Qazax-Ağstafa ərazisində postlarımız 1500-1700 metr irəli çəkilib
“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib
Prezidentin köməkçisi Ermənistanla sərhəddə - FOTOLAR
Sərhəddə TƏXRİBAT: Düşmənin diversiya qrupları...
"Yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar alınır" - DSX rəisi
General: "9 tondan çox narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb"
Erməni diversiya qrupu təxribat törətdi
DSX: Düşmənin daha bir təxribatının qarşısı alındı
Elçin Quliyev istefaya göndərilən generala vəzifə verdi
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
İran-Azərbaycan sərhədində atışma: ölən var
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
Sərhəddə içərisində narkotik vasitələr olan bağlama aşkarlandı
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
DSX və DİN-dən birgə ƏMƏLİYYAT
Ağstafada 4 ədəd aviabomba tapıldı - Foto
Elçin Quliyev Tovuz döyüşlərindən danışdı
DTX-nın həbs etdiyi generalın yerinə o təyin olunub - Foto
Düşmən Qazax rayonunun kəndlərini atəşə tutub
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
Gömrük əməkdaşları üçün seminar keçirilir
Dəniz kənarından 2 ədəd mina tapıldı
“Düşmən təxribatına baxmayaraq işimə davam edəcəm” - Şəhid ekskavato­rçumuz
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Sərhəddə "Keşikçi qala"mız var
Cənubi Koreya ilə KXDR-nın sərhədində atışma olub
Məhkəmə DTX əməliyyatı ilə tutulan generalla bağlı qərar verdi
DSX-nin rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb
Qazaxda yaşayış kompleksi inşa olunacaq