Vətəndaşdan icra başçısına ağır ittiham: 2 hektar torpağı mənimsəyib - Video
18-08-2020, 12:50
113

Vətəndaşdan icra başçısına ağır ittiham: 2 hektar torpağı mənimsəyib - Video

Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin rayon sakininə məxsus torpaq sahəsini ələ keçirdiyinə dair iddialar var.
Rayon sakini Elşən Mənsimli “Qafqazinfo”ya müraciət edərək bildirib ki, rayonun Gərənə kəndində yerləşən və atası Nəbi Abdullayevə məxsus “Kəpəz” kooperativinin mülkiyyətində olan 2 hektar torpaq və onun üzərində yerləşən kərpic zavodu, çörək sexi, anbar, 225 kvadratmetr mağaza, hasar və darvazanı uçurub, söküntü materiallarını da aparıblar:
“Həmin obyektlər bir ay öncə “Tovuz hadisələri” zamanı sökülüb. Əvvəlcə içindəki obyektləri söküblər, sonda hasarı söküb aparıblar. Mən maraqlandım və məlum oldu ki, rayon icra başçısı Vidadi İsayev 2013-cü ildə bizim məlumatımız olmadan saxta yolla torpağı öz yaxın qohumu Eldarın adına özəlləşdirib. Mən onun qəbulunda oldum, dedi ki, “düz eləmişəm, özəlləşdirmişəm”.
Torpağın saxta yolla özəlləşdirilməsində Gərənə bələdiyyə sədri Ələmdar Ələsgərov ona kömək edib. Ələmdar Ələsgərov da indi mənə deyir “bir səhvdir də etmişəm”. Qarabağ müharibəsi zamanı bu müəssisə Qızıl Aypara Cəmiyyəti ilə məcburi köçkünlərə çörək bişirib paylayıb. Bizim torpağa və obyektlərə dair bütün sənədlərimiz var, amma torpağımız əlimizdən alınıb”.
Rayon icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Bəxtiyar Abdıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı vətəndaş Elşən Mənsimli onun qəbulunda olub və sənədlərinə baxış keçirilib: “Onun torpağa dair köhnə, lap əvvəldən sənədləri var idi. O sənədlərə görə də torpaq Elşən Mənsimlinindir. O torpağın necə özəlləşdiyini bilmirəm, özəlləşmə sənədlərini görməmişəm. O torpaq əvvəllər Elşənin atası Nəbi kişinin olub. Sonradan kimin adına, necə özəlləşdiyindən məlumatım yoxdur. Sənədləşmə olubsa da, bələdiyyə ilə olub".
Vidadi İsayevin köməkçisi Anar Hətəmov, müavinləri və digər şöbə müdirlərinin saytda qeyd olunanan nömrələrin bəzilərinə zəng çatmayıb, bəziləri isə zənglərə cavab verməyib.



Oxşar xəbərlər

İcra başçısının qanunsuz göstərişi qalmaqala SƏBƏB OLDU
“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” - Ağdaşda NARAZILIQ...
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
İmişlidə ÖZBAŞINALIQ... - "...mən öz haqqımı sonuna qədər tələb edəcəm"
Novruz Novruzov çətin durumda: - Şabrandakı fəaliyyəti yoxlanılır
Vidadi Zeynalovla Ceyhun Cəfərovun planı Bakı ŞİH-də bəzilərini təşvişə salıb
İcra başçısı karantində oğluna toy etdi - FOTO
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Zeynəb Xanlarovanın bacısı oğlu HƏBS EDİLDİ
Vidadi  Zeynalovun yenidən  həbsi  gözlənilir
Bələdiyyə sədrinə cinayət işi açıldı
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
Şamaxıda icra başçısı karantin günü obyekt sökdürə bilər, ancaq vətəndaşı qəbul edə bilməz?!
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
73000000  manat  oğurlayan  Vidadi Zeynalov kimi dələduz necə azadlığa çıxdı ?- O,  indi də qohumu Ceyhun Cəfərovu həbsdən qurtarmaq istəyir
Baş Prokurorluq: Saxta ölüm sənədi hazırlayan şəxslərə cinayət işi açılıb
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Sağ olan ahıl qadınlar barədə ölüm kağızı verilməsi ilə bağlı rəsmi açıqlama
Tərtərdə NƏ BAŞ VERİR? - Rəsmi AÇIQLAMA
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub?
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı — ŞOK SİYAHI
“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar” - QALMAQAL
Göygölün başsız icra hakimiyyəti "qonaq evi"ni talayaraq satmaq istəyir - Özbaşınalıq
Salyanda pambıq zavodunun həyətində Rəsulzadənin heykəlinin qapalı qalmasına Ramiz Mehdiyev səbəb olub- İttiham...
Gədəbəyin icra başçısı İTTİHAM OLUNUR... - VİDEO-müraciət