"Yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar alınır" - DSX rəisi
18-08-2020, 13:02
68

"Yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar alınır" - DSX rəisi

"Azərbaycan Sərhəd Mühafizəsinin sürətli inkişafını görmək üçün hər il keçirilən müxtəlif mövzulu təlimlərə nəzər yetirmək kifayətdir. Peşə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsində böyük rol oynayan taktiki təlimlərin keçirilməsi şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə xidmət edir. Keçirilən taktiki təlimlərin əsas məqsədi şəxsi heyətə Vətənə məhəbbət və qələbəyə inam hisslərinin aşılanması, bölmələr arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsidir".
"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev deyib.
O bildirib ki, illər keçdikcə təlimlərin məqsədi, miqyası və xarakteri dəyişir, qarşıya daha mürəkkəb vəzifələr qoyulur: "Döyüş atışı ilə keçirilən irimiqyaslı əməliyyat-taktiki təlimlər zamanı ən müasir silah və texnikadan istifadə edən sərhədçilər sübut edirlər ki, qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər. 2016-cı ildən başlayaraq Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının yerinə yetirilməsi və yenə də, ilk dəfə olaraq Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi bu sahədə qazanılan uğurlardandır. Təlimlərdə ən müasir döyüş texnikasından istifadə, raket buraxılışları, zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları müvəffəqiyyətlə həyata keçirilir".
"Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Keçirilən taktiki təlimlərin əsas məqsədlərindən biri də məhz yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılması, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi vərdişlərinin mükəmməlləşdirilməsidir", general-polkovnik E.Quliyev əlavə edib.

Oxşar xəbərlər

Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
Düşmənlə təmas xəttində 89 müasir sərhəd məntəqəsi istifadəyə verilib
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
Prezidentin köməkçisi Ermənistanla sərhəddə - FOTOLAR
Sərhəddə TƏXRİBAT: Düşmənin diversiya qrupları...
DSX: Düşmənin daha bir təxribatının qarşısı alındı
Erməni diversiya qrupu təxribat törətdi
General: "9 tondan çox narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb"
Zakir Həsənov Ermənistanın törədə biləcəyi təxribatların qarşısının dərhal alınmasını əmr edib
Elçin Quliyev istefaya göndərilən generala vəzifə verdi
“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib
Qazax-Ağstafa ərazisində postlarımız 1500-1700 metr irəli çəkilib
Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb
Naxçıvanda hərbi təlim keçirilib
 Zakir Həsənov NATO admiralı ilə görüşdü
Elçin Quliyev Tovuz döyüşlərindən danışdı
Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto
“Ermənistan hücumu öncədən planlaşdırıb” - Ceyhun Bayramov
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
DTX-nın həbs etdiyi generalın yerinə o təyin olunub - Foto
Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov: "Allah vətənimizi, dövlətimizi, Ordumuzu və əsgərlərimizi qorusun
DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı
Əbülfəs Qarayevdən sonra növbə ONUNDUR? - İDDİA
Castin Getji Toni Ferqyusonu nokauta saldı - FOTO
Azərbaycan Naxçıvanda yüksək dəqiqlikli yeni raket sistemləri yerləşdirib - DÜŞMƏNİ GÜDƏN “PƏLƏNG”
Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL
Makqreqor Nurməhəmmədov üçün dua etdi
Türkmənistan prezidentindən sərrast atış - VİDEO
Aprel məğlubiyyətinə görə ermənilər arasında siyasi qarşıdurma pik həddə - TƏHLİL