Dövlət vəsaitləri hesabına mallar alan təşkilatlara xəbərdarlıq
18-08-2020, 16:06
200

Dövlət vəsaitləri hesabına mallar alan təşkilatlara xəbərdarlıq

Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq satınalmaların təşkili məqsədilə satınalan təşkilat “Dövlət satınalmaları haqqında” qanunun 4-1-ci maddəsinə əsasən satınalma planını təsdiq etməli, dövlət satınalmalarının vahid internet portalında həmin planı yerləşdirməli, satınalma predmetinin ehtimal olunan qiymətini hesablamalı, tender komissiyasını formalaşdırmalı, tenderin elanını və əsas şərtlər toplusunu hazırlamalı, tender komissiyası tərəfindən tenderin elanı və əsas şərtlər toplusu təsdiq edildikdən sonra həmin elanı rəsmi dövlət qəzetlərində və dövlət satınalmalarının Vahid İnternet Portalında (https://etender.gov.az) yerləşdirməlidir.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, satınalmaların təşkili və keçirilməsi məqsədilə satınalan təşkilatın formalaşdırdığı tender komissiyası tərəfindən malgöndərənlərdən (podratçılardan) daxil olan tender təklifləri “Dövlət satınalmaları haqqında” Qanunun 36-cı maddəsində nəzərdə tutulmuş qaydada qiymətləndirilməli, Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq tərtib olunan tender komissiyasının yekun protokolu sözügedən Qanunun 37.5-ci maddəsinə əsasən onun imzalanmasından sonrakı 3 bank günü ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmalıdır.
Satınalan təşkilatlardan daxil olan yekun protokolların təhlili zamanı aşkar olunan pozuntu və nöqsanların nəticəsi olaraq yekun protokolların yenidən tərtib olunmasına və ya ümumiyyətlə satınalmaların nəticələrinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edilməsinə zərurət yaranır.
Göstərilənləri nəzərə alaraq dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğun təşkili və keçirilməsi, habelə keçirilmiş satınalmaların nəticələrinə dair yekun protokolların tərtibi prosesində aşağıdakı məsələlərin diqqət mərkəzində saxlanılması tövsiyə olunur:
Müvafiq satınalma predmeti üzrə satınalma planının dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az) vaxtında yerləşdirilməsinə;
Tender komissiyasının qanunvericilikdə müəyyən edilmiş vaxtda formalaşdırılmasına;
Tender komissiyası tərəfindən tender elanının və tenderin əsas şərtlər toplusunun təsdiq edilməsinə;
Tender elanının və tenderin əsas şərtlər toplusunun qanunvericiliyə uyğun tərtib olunmasına, o cümlədən bu sənədlərin “Dövlət satınalmaları haqqında” Qanunun 14-cü maddəsinin tələblərinə uyğun hazırlanmasına;
Tender elanında və yekun protokollarda qeyd edilən satınalma predmetinin düzgün göstərilməsinə;
Tender barədə elanların rəsmi dövlət qəzetlərində və dövlət satınalmalarının vahid internet portalında qanunvericiliklə müəyyən edilmiş müddətlərdə və sayda dərc edilməsinə;
Tenderdə iştirak haqqının müəyyənləşdirilməsi zamanı qanunvericilikdə müəyyən edilmiş hədlərə riayət edilməsinə, iştirak haqqının ümumi məbləğinin tenderin əsas şərtlər toplusunu almış malgöndərənlərin (podratçıların) sayına uyğun olmasına;
Satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) adlarının, hüquqi ünvanlarının və bank rekvizitlərinin yekun protokollarda düzgün qeyd edilməsinə;
Satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) eyni ünvanda qeydiyyatda, habelə təsisçilərinin və qanuni təmsilçilərinin eyni şəxs olub-olmaması məsələlərinə;
Malgöndərənlər (podratçılar) tərəfindən tenderdə iştirak etmək üçün tələb olunan müraciət və sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə satınalan təşkilata təqdim edilməsinə;
Malgöndərənlərin (podratçıların) kateqoriyasının (mikro, kiçik, orta və ya iri) yekun protokolda düzgün qeyd edilməsinə;
Yerli mallar (işlər və xidmətlər) təklif edən malgöndərənlərin (podratçıların) xeyrinə güzəştin tətbiqi məsələlərinə;
Malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinə dair satınalan təşkilat tərəfindən irəli sürülən tələblərin və malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin “Dövlət satınalmaları haqqında” Qanunun 6.2-ci maddəsinin tələblərinə uyğun olmasına;
Tender elan edildikdən sonra tenderin elanında və tenderin əsas şərtlər toplusunda əsassız dəyişikliklərin aparılmasına yol verilməməsinə;
Tender təkliflərinin açılışında elan olunan məlumatların tender komissiyasının yekun protokolunda düzgün əks olunmasına;
Tender təklifinin və tender təklifinin təminatının məbləğinin düzgün hesablanmasına, qüvvədə olma müddətlərinin mövcudluğuna və qanunvericiliyin tələblərinə uyğun olmasına;
Tender təklifinin, müqavilənin yerinə yetirilməsi (tələb olunduğu hallarda) və avans ödənişinə (avansın ödənilməsi nəzərdə tutulduqda) dair təminatların məbləğinin qanunvericiliyin tələblərinə uyğun yekun protokollarda qeyd edilməsinə;
Tələblərə cavab verməyən malgöndərənlərin (podratçıların) kənarlaşdırılması məsələlərinə;
Qanunvericilikdə nəzərdə tutulmuş hallarda tender komissiyasının qərarlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunub-olunmaması məsələlərinə;
Tender təkliflərində hesablama səhvləri aşkar edildikdə bu barədə məlumatın yekun protokolda qeyd edilməsinə;
Tender təkliflərinin qiymətləndirilməsi meyarlarının tender elanında göstərilən meyarlara uyğun olmasına və qanunvericiliyə uyğun tətbiq edilməsinə;
Tender proseduru ilə bağlı satınalan təşkilata daxil olan şikayətlər barədə məlumatın yekun protokollarda əks olunmasına;
Tender komissiyasının yekun protokolunun tender komissiyasının bütün üzvləri tərəfindən imzalanmasına.

Oxşar xəbərlər

Sığorta şirkətləri dövlət qurumunun - TENDERİNƏ QATILMADILAR
Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
Psixiatriya Xəstəxanasında tender oyunu
Dövlət Məşğulluq Xidməti 39 milyon manatlıq tenderə yekun vurub
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Səhiyyə Nazirliyində növbəti tender: Bu dəfə “Avromed"ə 5.5 milyonluq layihə verildi
BNAi 2 milyon manatlıq tenderə yekun vurub
Camaat canının hayına qalanda...
1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
Məmurların korrupsiya əməllərinə göz yuman qurumlar bunlardır - SİYAHI
Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR
Mirzəcan Xəlilovun şirkətinə 7 milyon manatlıq tender verildi
Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Azərbaycan Mərkəzi Bankı 800 min manatlıq texniki dəstək xidməti alır
Deputat büdcə xərclərində aşkarlanan nöqsanlardan danışdı - VİDEO
Azərbaycanda görünməmiş “tender müəmmasi” – Şirkət 3 gün sonra niyə imtina etdi?
Maliyyə Nazirliyindən dövlət şirkətlərinə xəbərdarlıq
Prezident yeni dövlət qurumu yaratdı
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
Azərbaycanda xarici vətəndaşlara qanunsuz pensiya ödənişləri üzə çıxdı - RƏSMİ
Sosial həssas qrupdan olan tələbələrin qeydiyyatı sabah yekunlaşacaq - Diqqət!
Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
Sabah dövlət orqanlarının son vaxtıdır - SİYAHI
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı yeni ittihamlar
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək