Norveçdə Rusiya kəşfiyyatına işləməkdə şübhə doğuran şəxs həbs olunub
18-08-2020, 16:36
199

Norveçdə Rusiya kəşfiyyatına işləməkdə şübhə doğuran şəxs həbs olunub

Norveçdə, Rusiya xarici kəşfiyyatının əməkdaşına məxfi informasiya ötürən yerli vətəndaş həbs olunub.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə Norveç təhlükəsizlik xidməti tərəfindən məlumat yayılıb.
Xidmətin nümayəndəsi Line Niqordun sözlərinə görə, 50 yaşlı vətəndaş paytaxt Osloda məxfi informasiyanı xarici agentə ötürərkən yaxalanıb. Onunla bağlı məhkəmə prosesinin qapalı keçəcəyi gözlənilir.
Yerli media işin sənaye casusluğu ilə əlaqəli olduğunu yazır. Belə ki, həmin adamın neft, qaz və bərpa olunan enerji üzərində ixtisaslaşan “DNV GL” şirkətinin əməkdaşı olması artıq təsdiqini tapıb.
Ümumiyyətlə, son illərdə Rusiya və Norveç arasında casus müharibələri səngimir. 2017-cu ildə Rusiyada Norveçin istefada olan sərhədçisi Frude Berq də həbs olunmuşdu. Həmin ilin dekabrında Moskvada yaxalanan F.Berq Rusiyanın atom sualtı qayıqları barədə informasiya toplamaqda ittiham olunmuş və haqqında 15 il azaldıqdan məhrum etmə cəzası kəsilmişdi.
Yalnız 2019-cu iln noyabrında Frude Berq və daha iki litvalı Rusiyanın Litvada tutulan iki kəşfiyyatçısı ilə mübadilə edilmişdi.
2018-ci ilin sentyabr ayının 21-də isə 51 yaşlı Mixail Boçkaryov Oslo hava limanında həbs olunub. M.Boçkaryovun sonradan Rusiya Federasiya Şurası aparatının informasiya texnologiyaları üzrə ekspert olduğu aşkara çıxmışdı.
İki ölkə arasında kəşfiyyat müharibəsində ən səs-küylü insident 1984-cü ildə baş verib. Həmin il Norveçin xarici işlər nazirinin müavini Arne Treholt “DTK agenti” şübhəsi ilə yerli xüsusi xidmət orqanları tərəfindən yaxalanıb. Daha sonra A.Treholt “vətənə xəyanət” maddəsi ilə 20 il azadlıqdan məhrum edilib. İstintaqın versiyasına görə, adı çəkilən dövlət məmuru NATO qoşunlarının hərəkət bölgələri, Norveç ordusunu zəif nöqtələri, habelə ölkə rəhbərliyinin xarici dövlətlərlə apardığı danışıqlar barədə məxfi materialları ruslara ötürüb. A.Treholt hətta İraq lehinə də casusluq etməkdə suçlanıb.
Onunla bağlı proses fövqaladə qapalı şəraitdə keçirilib. Məhkəmədə DTK-nın Yaponiyaya qaçan əməkdaşı Levçenko, Lyalin kimi agentləri dindirilib. Əsas şahid olaraq isə DTK polkovniki, həmin vaxtlar Böyük Britaniyaya qaçan Oleq Qordiyevski çıxış edib.

Oxşar xəbərlər

Norveçdə uşaq bağçaları fəaliyyətini bərpa etdi
Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiyaya getdi
"Sorosçular" Qarabağda Rusiyaya qarşı - Klanda YENİ PARÇALANMA
22 yaşlı idmançı yarış zamanı öldü
Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır - FOTOFAKT
Rusiyada yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Rusiyanın böyük rabitə şirkətinə azərbaycanlı rəhbərlik edəcək
Qonşu ölkədə vətəndaşlığın alınması qaydası sadələşdirildi
Rusiya sərhədini qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı SAXLANILDI
Altı ölkə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub
Avstraliya hökuməti İran vətəndaşını azad edib
Erməni mafiya başçısı: Qarabağda qanunsuz fəaliyyət, “çekistlərlə” əməkdaşlıq - FAKTLAR
Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü olub - Yenilənib
Moskvadakı hadisələrə görə 3 azərbaycanlı həbs edilib
Rusiya və Türkiyə arasında mühüm müqavilə
Rusiya Azərbaycanda çevriliş etmək istəyib: Ramiz Mehdiyev və Eldar Həsənov... - Açıqlama
İranda saxlanılan rusiyalı jurnalist tezliklə buraxılacaq
Putinin “zəhərli” mədəniyyəti... – Qərb mətbuatı Navalnıya sui-qəsddən nələr yazır?
Belarusda etirazların dağıdılmasını göstərən telekanalın fəaliyyəti dayandırıldı
Lotu Qulinin rəqibi azadlığa çıxır: Kriminal dünyada yeni fırtına-VİDEO
Öz ortağının arvadını, anasını, iki uşağını bıçaqla doğradı
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Xəzərin statusunun həlli Rusiya üçün vacibdir
Rusiyada azərbaycanlı çempion öldürüldü
Bakıda maskalıların hücum etdiyi şəxs bazarın sahibi imiş - MÜƏMMALI FAKTLAR
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
“Əsəd istəməsə Rusiya Suriyadan çıxacaq” - Putin Türkiyəyə dolayısı ilə etiraz etdi
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
Rusiyadan təxliyyə edilən 33 azərbaycanlının koronavirus testi pozitiv çıxdı
“O məmurlar Rusiyanın tapşırıqlarına əməl etmək məcburiyyətində qalıblar” – Fəzail Ağamalı