Müdafiə Nazirliyindən Tofiq Yaqublunun oğluyla bağlı - Açıqlama
18-08-2020, 21:19
198

Müdafiə Nazirliyindən Tofiq Yaqublunun oğluyla bağlı - Açıqlama

Müdafiə Nazirliyi Tofiq Yaqublunun oğluyla bağlı ittihamlara cavab verib.
Gündəlik Bakıya daxil olan məlumatda qeyd edilir ki, sosial şəbəkələrdə müddətli həqiqi hərbi xidmətdə olan Yaqublu Rəhim Tofiq oğlunun hərbi xidmətdən əvvəl futbol oynayarkən dizindən aldığı travma ilə əlaqədar guya hərbi hissədə müalicə olunmadığı və əməliyyata ehtiyac olması barədə yayılan məlumatlara cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər:
"İlk olaraq qeyd edək ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar.
2020-ci ilin yanvar ayında hərbi xidmətə çağırılmış əsgər R.Yaqublu ilə bağlı bildiririk ki, o, hazırda hərbi xidmətdədir və xidmətini normal şəraitdə davam etdirir. Xidmətlə bağlı hər hansı bir narazılığının olmadığını özü də etiraf edir.
Hərbi xidmətdən əvvəl sol ayağının diz nahiyyəsindən aldığı travma ilə bağlı o, cari ilin fevral, aprel və iyul aylarında bir neçə dəfə hərbi hospitalda hərbi həkim-travmatoloqlar tərəfindən müayinə olunub.
Diaqnozlar əsasında bu travmanın xidmətə maneə yaratmadığına, hər hansı əməliyyata ehtiyac olmadığına dair əsgərin tibb kitabçasında müvafiq qeydlər aparılıb. Bununla belə əsgər R.Yaqublu müayinə olunması üçün sabah yenidən hərbi tibb müəssisəsinə göndəriləcək.
Qeyd edirik ki, hər bir hərbi qulluqçunun özünün və ailə üzvlərinin istənilən müraciətinə həssaslıqla yanaşılır, məsələnin dərhal araşdırılaraq müsbət həlli istiqamətində müvafiq tədbirlər görülür. Hərbi xidmətdə olduğu müddətdə zərurət yarandıqda hər bir əsgər peşəkar hərbi həkimlərimiz tərəfindən müayinə və müalicə olunurlar.
Bir daha bildiririk ki, sosial şəbəkələr vasitəsilə məsələnin siyasiləşdirilərək hərbi xidmətə müdaxilə edilməsi cəhdini qəti surətdə rədd edir və bu kimi hərəkətləri qəbuledilməz hesab edirik".

Oxşar xəbərlər

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Azərbaycanda ordudan tərxis başladı
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi
Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
Azərbaycan ordusunda YENİLİK: hərbçilərə pul əvəzinə ərzaq veriləcək
Tofiq Yaqubluya hökm oxundu
"Hərbi xidmətə çağırış sayı iki dəfə azaldılsın" - Deputatdan TƏKLİF
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıla bilər
Pandemiya dövründə əsgərlərin qida rasionu necə tənzimlənir? - Xidmət rəisi açıqladı
Ermənilər əsgərimizi vurdu: MN məlumat yaydı
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
DİN-dən Müdafiə Nazirliyinin məlumatına münasibət
Şəhidimiz dəfn olundu
Müdafiə Nazirliyi Serj Sarqsyana cavab verib
Nazirlikdən bu səbəbdən əlilliyi yaranan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Dövlət imtahanı verməyənlər əsgərliyə bir il yarım gedəcəklər? – VİDEO
"Əgər bu virus hərbi hissələrə keçsə..." - Ziyafət Əsgərov
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto
Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?
Koronavirusa görə son kurs tələbələrinə hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ AÇIQLAMA
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
Hulusi Akar Liviyaya səfər edib
Nazir cəbhəboyu zonada: tapşırıqlar verdi
Rusiyadan Ermənistana daha bir hərbi dəstək - Yeni Su-30SM qırıcıları verir
Dövlət Xidməti: 8500-ə yaxın vətəndaş döyüşə getmək üçün qeydiyyata düşüb
ABŞ Səudiyyə və BƏƏ-yə hərbi yardımı sürətləndirir - Esper