Baş infeksionistdən vətəndaşlara kafe və restoranlarla bağlı müraciət
18-08-2020, 17:43
246

Baş infeksionistdən vətəndaşlara kafe və restoranlarla bağlı müraciət

“Vətəndaşlara kafe və restoranlara vacib hallarda getməyi tövsiyə edərdim”.
Gündəlik Bakı xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, insanlar ictimai iaşə obyektlərinə üz tutsalar belə, qoyulan qaydalara ciddi riayət etməlidirlər:
“Bu gündən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə verildi. Ümumən çalışmaq lazımdır ki, ciddi bir səbəb olmadan restoranlara getməyək.
Müvəqqəti çətinlikdir və bunu qəbul etmək lazımdır. Həmin məkanlara getdikdə isə vətəndaşlar bu günə kimi Operativ Qərargahın qoyduğu qaydalara necə riayət edirdilərsə, eyni qaydada hərəkət etməlidirlər.
Ara məsafəsi gözləmək, gigiyena qaydalarına riayət etmək və çox sıx təmas yaranırsa, hökmən maskadan istifadə etmək lazımdır. Yalnız masa arxasında əyləşərkən qida qəbulu zamanı maskalar çıxarıla bilər. Hər kəs bu qaydaları gözləməlidir”.
Qeyd edək ki, avqustun 18-dən etibarən Nazirlər Kabinetinin qərarına görə, restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) fəaliyyətinə icazə verilib.

Oxşar xəbərlər

Bakıda birgə reydlər keçirilir
Qapalı xidmət göstərən kafe və restoranların da fəaliyyəti bərpa edilsin - Deputat
Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ + VİDEO
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
Sabiq nazir: "Çox ciddi çətinliklər meydana gələ bilər"
Kafe və restoranlar açılmalıdır — Rəsmi açıqlama
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
“Bizim özümüzdə də günah var, qaydalara riayət etmirik...”
Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionistdən cavab
“İnsanları hədsiz məhdudiyyətlə qapamaq olmaz” - Fazil Mustafa
Şadlıq sarayları açılsın! - Deputatdan təklif
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
"Avqustun 5-dən sonra vəziyyət ciddiləşə bilər" - Açıqlama
Gələn həftə kafelər açılır? – Baş infeksionistdən açıqlama
Bu gündən kafe və restoranlar açıldı
Restoran sahiblərinə xəbərdarlıq edilib
“Yenidən sərtləşdirməyə getməyəcəyik” - Baş infeksionist
“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
Kafe və restoranlar nə vaxt açılacaq? - RƏSMİ AÇIQLAMA
Metrodan istifadə ilə bağlı YENİ QAYDALAR
Restoranlarda xidmət tam bərpa edilir
Azərbaycanda toylar yeni qaydalara uyğun keçirilə bilər
Yalnız bu hallarda metrodan istifadə etmək lazımdır - AÇIQLAMA
Müştərilər yalnız bu halda maskanı ÇIXARA BİLƏR
“Mall”lar bu qaydalarla işləyəcək
"Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır"