Prezidentdən Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə tapşırıq
18-08-2020, 21:18
253

Prezidentdən Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə tapşırıq

Prezident İlham Əliyev “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nu təsdiq edib.
Gündəlik Bakı xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 
Fərmana əsasən, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişikliklər edilib:
Adından “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və” sözləri çıxarılıb və adında “təsvirlərinin” sözü “təsvirinin” sözü ilə əvəz edilib.
Nazirlər Kabineti daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Elektron hökumət” İnformasiya Sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirildikdən sonra elektron çıxarışın məzmununda hər hansı dəyişiklik edilərkən, həmin informasiya sistemində ilk dəfə yerləşdirilən elektron çıxarışda edilmiş dəyişikliklərin ardıcıllığını və məzmununu hüquq sahibinin elektron qaydada müşahidə etməsi imkanının yaradılması üçün üç ay müddətində zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
İqtisadiyyat Nazirliyi daşınmaz əmlakın dövlət reyestrindən kağızda verilmiş çıxarışların elektron formada tərtib edilməsini və həmin nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə informasiya sistemində yerləşdirilməsini 2022-ci il yanvarın 1-dək təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
Daşınmaz əmlakın dövlət reyestrindən kağızda verilmiş çıxarış itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə, hüquq sahibinin ərizəsi əsasında çıxarışın elektron formada tərtib edilərək informasiya sistemində yerləşdirilməsi və hüquq sahibinin həmin çıxarışı elektron üsulla real vaxt rejimində əldə etməsi imkanının yaradılması üçün tədbirlər görməlidir.

Oxşar xəbərlər

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib
Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək
“ASAN müraciət” informasiya sistemi yaradılır - Sərəncam
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
Əli Əsədovdan iki mühüm QƏRAR
Baş Nazirdən yeni qərar
Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar
Nazirlər Kabinetindən yeni qayda - Dövlət Gerbi ilə bağlı
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı fərman
Prezident yeni dövlət qurumu yaratdı
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
I sinfə şagird qəbulunun vaxtı bitdi
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Bu qurumun adı dəyişdirildi
Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM
Nazirlikdən daşınmaz əmlakla bağlı QƏRAR
Artur Rəsizadənin verdiyi qərar ləğv edildi
Əli Əsədovdan mühüm sərəncam
Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...
Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi
"“Parça” “bayraq” sözü ilə əvəz olunmalıdır" - Deputatdan TƏKLİF
"Azsığorta" keçmiş əməkdaşının iddialarına CAVAB VERDİ
Prezident “Tibbi sığorta haqqında” qanuna dəyişiklik etdi