Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının "Azərbaycana Media Tur" çərçivəsində səfərləri davam edir.

7News.Az bildirir ki, səfər iştirakçıları Gəncədə erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Qonaqlara məlumat verilib ki, II Qarabağ müharibəsi zamanı Ermənistanın Gəncəni raket atəşinə tutuması nəticəsində 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki obyektlərə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları "Azərbaycana Media Tur" çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.