Liviyada yeni ordu qurulur: Zabitləri Türkiyədən, təcrübəsi Azərbaycandan, pulu Qətərdən
19-08-2020, 10:46
265

Liviyada yeni ordu qurulur: Zabitləri Türkiyədən, təcrübəsi Azərbaycandan, pulu Qətərdən

Liviyada general Həftər tərəfindən işğal edilən bir çox bölgənin xilas olunmasında xüsusi rol oynayan Türk ordusu ölkənin müdafiə sisteminin qurulmasında ikinci mərhələyə başlayır.
Gündəlik Bakı Ovqat.com-a istinadən xəbər verir ki, növbəti mərhələdə 1993-ci ildə Türk hərbçilərinin Azərbaycan təcrübəsinin Liviyaya transfer edilməsi nəzərdə tutulur.
 
Türkiyənin “Yeni şəfəq” nəşrinin məlumatına görə, TSQ “Azərbaycan təcrübəsi” deyərkən qardaş ölkənin hərbi akademiyalarında oxuyan 192 liviyalı tələbənin iştirakı ilə Liviya ordusununun qurulmasından söhbət gedir. Türk hərbi akademiyalarının məzunu olan həmin zabitlərin komandanlığı altında qurulan əsgəri birliklər silah, sursat və digər avadanlıqlarla da təchiz olunacaqlar. Beləcə, Türkiyə ordusunun Baş qərargahı 1993-cü ildəki Azərbaycan təcrübəsini Liviyaya transfer edəcək.

Türkiyə Milli Müdafiə naziri Xülusi Akarın və Baş qərargah rəisi general Yaşar Gülərin bununla əlaqədar dünən səfərdə olduqları Tripolidə mühüm müqavilələr imzaladıqları bildirilir. Akar və Gülərin Liviya Milli Konsensus Hökuməti ilə görüşlərində Qətər Müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyya iştirak edib. Bu da Liviya ordusunun formalaşmasının maliyyələşdirilməsində Qətərin mühüm rol oynayacağını göstərir.
 
Nəşr iddia edir ki, dünən nazir Akarın qətərli həmkarı Atiyyə və Liviyanın Baş naziri Fayiz əs-Sərrac ilə görüşləri zamanı Liviya ordusunun quruculuğu və son vəziyyəti ətraflı müzakirə olunub. Görüşlərdən sonra Liviya Müdafiə nazirinin müavini Səlahəddin ən-Nəmruş “təlim və məsləhət sahələrində hərbi təsisatlar qurmaq məqsədilə Liviyaya dəstək vermək üçün Türkiyə və Qətər Müdafiə nazirləri ilə razılıq əldə olunduğunu” açıqlayıb. Nəmruşun dediyinə görə, bu razılıq çərçivəsində məsləhətçi və hərbi əməkdaşların Liviyaya göndərilməsinə qərar verilib.

Oxşar xəbərlər

Hulusi Akar Liviyaya səfər edib
Hulusi Akar Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
Suriyada türk əsgəri şəhid oldu
Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib
Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?
Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub
SON DƏQİQƏ: Türk ordusu Suriyaya girdi, 14 min əsgər... - FOTO
Türkiyə ordusunun generalı Suriyada vəfat edib
Türk ordusu girdi: Bu ölkələr fürsət gözləyir... – İsti şərh
Suriya Milli Ordusu Türkiyəyə gəlir: Gözlənilməz həmlə...
“Azərbaycan Ordusu dünya səviyyəsində ən müasir orduya çevrilib” - Gürcü ekspert
Türkiyənin sürü halında uçan kamikadze-dronları: - 3 dost ölkəyə ixrac üçün danışıqlar gedir
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
Terrorçuların rəhbəri Arutyunyanın Gəncə təhdidi - Nə qədər real görünür?..
“Tutaq ki, Türkiyə ilə hərbi ittifaq sazişi alınmadı,   onda Qarabağın taleyi necə olacaq?..”
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - TƏFƏRRÜAT
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
“Suriyaya 450 hərbçisini göndərməsi İrəvana ağır başa gəlməlidir” - GƏLİŞMƏ
Ələddin Çakıcı Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür etdi
Zakir Həsənov Çinə gedəcək
"Tankçılarımız artıq öz məharətlərini göstərib" - Zakir Həsənov
Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə videokofrans keçirdi - FOTO
Akar:"Bu təlimlər bütün dünyaya bir mesajdır"
“Tovuzda ermənilərin təxribatı Rusiyadan qaynaqlanırdı” – Deputat
Rusiya muzdlu döyüşçülər göndərir: Hərəsinə ayda 1000 dollar