Qapalı xidmət göstərən kafe və restoranların da fəaliyyəti bərpa edilsin - Deputat
19-08-2020, 10:55
135

Qapalı xidmət göstərən kafe və restoranların da fəaliyyəti bərpa edilsin - Deputat

Dünəndən kafe və restoranlara açıq havada işləməsinə icaizə verildi. İctimai iaşə müəssisələrində yenidən canlanma müşahidə olunmağa başlanıldı. Epidemioloji vəziyyət nəzərə alınmaqla iqtisadiyyatın mərhələli şəkildə tam açılımını vacibliyini dəfələrlə vurğulamaqla qeyd etmək istərdik ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi aktivliyin bərpası əhəmiyyətli olmalqa yanaşı, virusdan qorunmaq ilə bağlı qaydalara həm nəzarətin gücləndirilməsi, həm də əməl edilməsinin təşvqiq çox əhəmiyyətlidir. Bu baxımdan, ölkəmizdə də yeni standartlar çərçivəsində ictimai iaşə və xidmət sektorunda fəaliyyətlərin tam bərpası məqsədəuyğundur. Rəsmi statistikaya görə, 4 milyon 879 min məşğul əhalinin 1 milyon 769 mini aqrar sektorda çalışır. Onların əksəriyyyəti pay torpaq sahibləridir. Turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçı var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımdan da vacib hesab olunur.
Hələlik ictimai iaşə müəssisələri qapalı məkanda xidmət göstərə bilmirlər. Bu baxımdan, qapalı xidmət göstərən kafe və restoranlar üçün də yeni standartların müəyyənləşdirilməsi və onların fəaliyyətlərinə də icaizə verilməsi məqsədəuyğun olardı. Məsələn, elə kafe və restoranlar var ki, onlar ümumi zalda deyil, fərdi otaqlarda müştərilərə qulluq edirlər. Halbuki, virsudan qorunma qaydalarını tətbiq etməklə onların da fəaliyyətinin bərpası mümkün idi. Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Öndə qeyd etdiyimiz Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir. Buna görə də, iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür.

Oxşar xəbərlər

Şadlıq sarayları açılsın! - Deputatdan təklif
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
Restoranlarda xidmət tam bərpa edilir
Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Bakıda birgə reydlər keçirilir
Baş infeksionistdən vətəndaşlara kafe və restoranlarla bağlı müraciət
Bu gündən kafe və restoranlar açıldı
Restoran və kafelər yoluxma riskini 2 dəfə artırır - Həkimdən XƏBƏRDARLIQ
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Kafe və restoranlarda qiymətlər niyə bahalaşıb? - AÇIQLAMA
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
Restoran sahiblərinə xəbərdarlıq edilib
Kafe və restoranlar açılmalıdır — Rəsmi açıqlama
Toylarla bağlı açıqlama
Həftəsonları ictimai nəqliyyatın hərəkəti bərpa edilə bilər
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər - AÇIQLAMA
“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Avqustun 31-dək qüvvədə olan qadağalar
Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib
Müştərilər yalnız bu halda maskanı ÇIXARA BİLƏR
Azərbaycanda maska cəriməsi: - Harda "maskalanmaq" məcburidir?
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...