Bakıda birgə reydlər keçirilir
19-08-2020, 11:36
207

Bakıda birgə reydlər keçirilir

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 18-dən etibarən Bakı şəhəri də daxil olmaqla 7 şəhər və 6 rayonda ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir. Qərara uyğun olaraq müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən "Report"a bildirilib ki, bu obyektlərin qeyd edilən qərara uyğun şəkildə fəaliyyətinin yoxlanılması məqsədi ilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları tərəfindən birgə reydlərə başlanılıb.
Reydlər zamanı koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin müəssisədə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməsi məsələləri araşdırılıb, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb.
Reydlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, burada qaydalara düzgün riayət edilməsi müəyyən edilib. Aşkar edilən nöqsanlar yerində aradan qaldırılıb və mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.
BŞİH-dən bildirilib ki, paytaxtda ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcəkdir.

Oxşar xəbərlər

Bu gündən kafe və restoranlar açıldı
Baş infeksionistdən vətəndaşlara kafe və restoranlarla bağlı müraciət
İri ticarət mərkəzləri sentyabrın 30-dək bağlı qalacaq
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
Restoranlarda xidmət tam bərpa edilir
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verdi
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir - Foto
Avqustun 31-dək qüvvədə olan qadağalar
Oktyabrın 1-dək bağçalar tam açılacaq - BŞİH
Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video
Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR
“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama
Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar
Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
Maska taxmayan 9 nəfər cərimələndi
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
Bakı metropoliteni gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Azərbaycanda maska cəriməsi: - Harda "maskalanmaq" məcburidir?
Bakı polisindən karantin rejmi ilə bağlı AÇIQLAMA
Bu şəxslərin icazəsi ləğv edildi
Toy və nişanla bağlı qadağa qüvvədədir
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
Bakıda qış hazırlıqları - Foto
Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib