Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyevin Samux rayonu ərazisində dəyərli 100 minlərlə ölçülən mal-qoyun ferması üzə çıxıb. Füzuli kəndi yaxınlığındakı böyük ferma 10 hektarlarla torpaq sahəsinə sahibdir, eləcə də ferma Qarasaqqal meşəsilə əhatə olunub.
“Demokratik.Az” saytına verilən bilgiyə görə, fermada heyvandarlıq təsərrüfatı üçün hər cür müasir şərait yaradılıb. Fermaya şəxsi artezian vurulub və elektrik transformatoru çəkilib. Eləcə də irihəcmli su çənləri qoyulub, fermada çobanların bütün fəsillərdə orada qalması üçün evlər və ayrıca istirahət otaqları da tikilib. Fermada 500-dən artıq qoyun, eləcə də 50-yə yaxın iribuynuzlu malın saxlandığı iddia edilir. Aylıq maaşı 600 manatı ötməyən bir direktorun özünə belə bir güzəran qura bilməsi bir yana, fermanın yerləşdiyi yerin əslində Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün qorunma zolağı sayıldığını, fermanın qanunsuz əsaslarla mövcud olduğunu bilmək təəssüf doğurur. Videokadrlardan aydın olur ki, İqbal Əliyev öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məhz Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət zonası sayılan ərazidə özünə ferma qurub.
Qeyd edək ki, İqbal Əliyev bir az da irəli gedərək fermada saxlatdırdığı mal-qaranı Qarasaqqal meşələrinə də salır, bilə-bilə təbiətin fauna-florasını öz maddi maraqlarının əsiri edir. İqbal Əliyev cari və ötən illər ərzində həmin ərazini əhatə edən 100 hektardan artıq meşə fond torpağında arpa-buğda da əkdirib. Məlumatlı mənbənin sözlərinə görə, sözügedən fermadakı yem çənlərindəki tonlarla arpa həmin əkin-biçindən tədarük edilib. Ferma ərazisində çoxlu sayda meşə ağaclarına, kötüklərə də rast gəlinir.
Adi vətəndaşlara qarşı sərt mövqe nümayiş etdirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və şəxsən nazir Muxtar Babayevin bu faktlardan xəbərsiz olduğunu düşünsək, vəzifə verdikləri İqbal Əliyevin fəaliyyətinə qarşı xüsusi araşdırma aparılacağına ümid edirik. Yoxsa, dəfələrlə həmin ərazilərdə “araşdırmalar aparan” 10 saylı Gəncə Regional Ekologiya şöbəsinin əməkdaşları durumu görməzlikdən gəlib acı reallıqları ekoloji xəyanətə sürükləyirlər. Nəticədə qazanan İqbal Əliyev, itirən isə zavallı təbiət olur.
Bugünlərdə 10 saylı Ərazi Ekologiya Şöbəsi vətəndaş şikayəti əsasında sözügedən əraziyə baxış keçirib və vətəndaş Kamil Zeynalovun təqdim etdiyi faktlara münasibət bildirib. Təəssüf ki, qurum İqbal Əliyevin fəaliyyətindəki nöqsanlara səthi yanaşaraq araşdırma zamanı qaldırılan faktların məsuliyyət yükünü xeyli azaldaraq yalnız tövsiyəedici məktubla işini bitmiş hesab edib.
Bir daha xatırladaq ki, İqbal Əliyev vəzifəsindən sui-istifadə edərək rəsmi müqavilə əsasında “Aqro Dairy” MMC üçün ayrılmış Qarasaqqal və Kürqırağı digər meşə fond torpaqlarından şəxsi mənfəəti üçün istifadə edib. Boş qalan meşə ərazilərində meyvə bağı (Aqropark) salınmalı olduğu halda, Samux aqroparkın inkişafı üçün nəzərdə tutulan ərazilərdə özbaşına işlər görülüb. Azından bu hallara görə Ekologiya Nazirliyi İqbal Əliyevi dərhal vəzifəsindən azad etməli idi, görünür yuxarılar üçün də bəzi özbaşınalıqlar qanun aliliyindən yüksəkdə dayanır... //“Demokratik.Az”//
Meşədən QAZANILAN MİLYONLAR... - İLGİNC FAKT
06
sentyabr
11:17

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Samuxda qətl: Çoban ferma sahibini ÖLDÜRDÜ
“Sədərək” Yusifin “Cənnət bağındakı” “Buynuz vannası” – Onu buynuzu kəsilən maralların ahı tutacaq
Lerikdə dağlıq ərazidə baş verən yanğın söndürüldü
Son dəqiqə: Qəbələdəki yanğın davam edir
Sərvət toplamağa başı elə qarışmışdı ki... - İLGİNC SİYAHI
Göygöl Milli Parkınında donuzçuluq təsərrüfatını kimlər yaradıb? – VİDEO
Vəzifədən uzaqlaşdırılan generalın milyonluq biznes SİYAHISI
Son dəqiqə: Yardımlıda meşə yanır
Alimpaşa Məmmədovun fermada saxladığı maralları ac qalıb - VİDEO
Meşə yanğınları ilə bağlı əhaliyə MÜRACİƏT
Ermənistanın atəşləri nəticəsində meşələrdə və mülki obyektlərdə yanğınlar baş verdi
Lerikdə dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırıldı - VİDEO
Yardımlıda meşə belə yanır - VİDEO
Zaqatalada canavarlar fermaya hücum edib, xeyli qoyunu qırdı
Yardımlı meşəsində YANĞIN - Havaya helikopter qaldırıldı
Qəbələdə dağlıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB
Lerikdə yanğının söndürülməsi üçün helikopterlər havaya qaldırıldı - VİDEO
Hüseynqulu Bağırov əmlaklarını satışa çıxardı - SİYAHI
Samuxda məskunlaşan kəlbəcərli köçkünlər 72 yaşlı icra başçısının əlindən fəryad edir - NARAZILIQ!
Qaxda meşəlik ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB
Lerikdə dağlıq ərazidə baş verən yanğın SÖNDÜRÜLDÜ
Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürüldü
Ramiz Mehdiyevin adamı ilə bağlı daha bir CİNAYƏT İŞİ - TƏFƏRRÜATLAR
Ucar rayonunda ƏHMƏDZADƏ AB-HAVASI... - GİLEY
Ferma sahibi çobanı armud gətirməyə göndərdi, arvadını... - AZƏRBAYCANDA ŞOK OLAY
15 yaşlı məktəbli niyə canına qəsd edib? - VİDEO
Dilqəm Əsgərovun oğlu DTX-ya şikayət etdi
Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun korrupsiya əməlləri...- Müdirin yonca sahələri, fermaları...
Oğuzda dağlıq ərazidə baş verən yanğın söndürüldü
Qəbələdə dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - VİDEO
- Yaşlanmanın qarşısını alan təbii yağlar - SİYAHI
- Lənkəranda narkotikə görə 14 nəfər saxlanıldı
- Rusiyadan 400 min könüllü əsgər həmləsi
- İran Yunanıstanla bağlı iddiaları rədd etdi
- Ukrayna Rusiyanın itkilərini açıqladı
- Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı
- Bakı-Qazax yolunda toz burulğanı sürücüləri çətin vəziyyətə saldı - VİDEO
- Ekspertin ifadəsində ziddiyyətli hallar ortaya çıxdı - "Nərmin işi"
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı
- “Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi
- Yeni Agentliyin fəaliyyət istiqamətləri məlum oldu
- Prezidentdən Zaur Mikayılovla bağlı SƏRƏNCAM
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü