Eldar Həsənov apellyasiya şikayəti verib
19-08-2020, 12:03
151

Eldar Həsənov apellyasiya şikayəti verib

Həbsdə olan sabiq səfir Eldar Həsənov apellyasiya şikayəti verib.
Bu barədə APA-ya E.Həsənovun vəkili Adil İsmayılov bildirib.
Vəkilin sözlərinə görə, Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
ƏTRAFLI Red Bull Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi (DTX) tərəfindən saxlanılıb.
DTX-nin yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.
Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində E.Həsənov şübhəli şəxs qismində tutulub.
Səbail Rayon Məhkəməsi tərəfindən E.Həsənov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Eldar Həsənovun necə saxlandığı açıqlandı
Eldar Həsənovun dostu olan keçmiş deputat saxlanılıb? - Açıqlama
Eks-nazir Eldar Həsənovun həbsini şərh etdi - Hədəf göstərdi
Bu gün Eldar Həsənovun ev dustaqlığına buraxılmasına dair şikayətinə baxılacaq
XİN-in həbs edilən şöbə müdiri məhkəməyə müraciət etdi
Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib
Rəhim Qazıyevin apellasiya şikayəti təmin edilmədi
DTX Əbülfəs Qarayevin müavinini saxladı - FOTO
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
DTX nazir müavinini belə tutdu - VİDEO
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Bu gün Vilyam Hacıyevin şikayətinə baxılacaq
XİN-də əməliyyat keçirilir - DTX məlumat yaydı
Bakıda avtobus sürücüsü heroin qəbul edib, piyadanı vurub öldürdü
Eldar Həsənovun həbsi: “Səbəb daha dərindir”
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimlə bağlı protest verdi
XİN-in Konsulluq İdarəsinin rəisi vəzifəsinə yeni təyinat - Foto
Daha bir sabiq məmura cinayət işi açıldı
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
DTX generalı belə saxlayıb - VİDEO
Keçmiş nazir dövlətə vurduğu ziyanı ödədi - Azərbaycanda BİR İLK
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi