Karantin qaydalarına​ əməl etməyən restoran və kafelər aşkarlanıb
19-08-2020, 13:53
169

Karantin qaydalarına​ əməl etməyən restoran və kafelər aşkarlanıb

Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejim qaydalarına​ əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.​
DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi, 13-cü və 15-ci Polis Bölmələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunan vaxtdan kənar, Bakıxanov qəsəbəsindəki bir restoranın qapalı zallarında 30 nəfər, Zabrat qəsəbəsindəki iki kafedə isə 8 nəfər müəyyən olunub.
Əsasən restoran və kafelərin qapalı zal və kabinetlərində sanitar-epidemioloji normalarını pozan 38 nəfər müvafiq polis idarəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.
Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin rəhbərləri və xidmət personalları zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.
İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət davam etdirilir.

Oxşar xəbərlər

Bakıda karantini pozan restoran aşkarlandı,  46 nəfər cərimələndi
Bakıda marketlərdə reyd keçirilib - Cərimələnənlər var
Daha bir istirahət mərkəzində karantin qaydaları pozuldu
Yasda iştirak edən axund və 20 nəfər cərimələndi
Azərbaycanda daha bir vəzifəli şəxs övladına toy etdi - FOTO
Polis və hərbi qulluqçular Bakı küçələrində nəzarəti gücləndirdi
Bakı polisi karantin qaydalarına görə nəzarəti gücləndirdi
Polis maska taxmayanlara qarşı tədbir keçirdi
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimə olunub
“Araz”, “Bolmart” və “Bazar store”nin sahibləri və işçiləri məsuliyyətə cəlb olundular
Bakıda polis COVID-19 xəstəsini küçədə yaxaladı
Rəqqasə Renka karantin qaydalarını pozduğu üçün cərimələndi - RƏSMİ
Məclis təşkil edib "Instagram"da video paylaşanlar cərimələndi
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
Bakıda karantini pozan model cərimələndi -
Bakı polisi tələbələrin aksiyası ilə bağlı məlumat yaydı
Bakı polisi nəzarəti gücləndirdi - Xüsusi karantin rejim ilə bağlı (FOTO)
Karantində dəbə düşmüş "toy yalanı" - Bu dəfə "Bakcell"in əməkdaşı restoran sahibini aldadıb...
Polis məhəllədaxili yerlərdə nəzarəti gücləndirib
Qızına toy edən vəzifəli şəxs “Bakcell”də işləyir - VİDEO
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Maskaya görə sürücünü vuran şəxs belə üzr istədi - VİDEO
Maskaya görə sürücünü vuran sərnişin həbs olundu - VİDEO (YENİLƏNİB)
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
Maskadan istifadə etməyənlər CƏRİMƏLƏNDİ
Bakıda birgə reydlər keçirilir
Yas mərasiminə qatılan 17 nəfər saxlanıldı - Fotolar
Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Maska taxmayan 9 nəfər cərimələndi