Anar Kərimov incəsənət xadimləri ilə videogörüş keçirdi
19-08-2020, 13:59
45

Anar Kərimov incəsənət xadimləri ilə videogörüş keçirdi

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun ölkəmizin bir qrup mədəniyyət və incəsənət xadimləri ilə videokonfrans formatında görüşü keçirilib.
Nazirlikdən bildirilib ki, görüşdə çıxış edən Anar Kərimov əvvəlcə, ona göstərilən yüksək etimada görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, ölkə rəhbərliyinin mədəniyyət sahəsinin inkişaf etdirilməsi, idarə olunması, mədəniyyətimizin təbliği ilə bağlı müvafiq tapşırıq və tövsiyələri olub. Mədəniyyət və incəsənət xadimləri ilə görüşün əsas məqsədi də Mədəniyyət Nazirliyinin gələcək fəaliyyəti, mövcud problemlərin həlli ilə bağlı bu sahədə çalışan insanların fikir və mülahizələrini öyrənməkdir.
Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən Anar Kərimov bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində çox ciddi islahatlara start verildiyini bildirib.
Videokonfrans iştirakçıları ilə mədəniyyət sahəsində görüləcək işlər və gələcək planlarla bağlı səmimi fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə və incəsənət xadimlərinə göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər. Mövcud problemlər və onların həll yolları, həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.
Anar Kərimov gələcəkdə Mədəniyyət Nazirliyi tərəfindən reallaşdırılacaq layihələr və bu sahədə aparılan islahatlarda mədəniyyət və incəsənət xadimlərinin daha fəal iştirakının vacibliyini qeyd edib. O, Mədəniyyət Nazirliyinin yaradıcı insanlarla, incəsənət xadimləri ilə ünsiyyətə, fikir mübadiləsinə daim önəm verəcəyini, hər zaman onların yanında olacağını bildirərək videokonfrans iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayıb.
Vurğulanıb ki, bundan sonra da görüləcək işlərlə bağlı mədəniyyət və incəsənət xadimlərinin fikir və təkliflərinin öyrənilməsi və birgə addımların atılması səmərəli olacaq.
İştirakçılar belə görüşlərin əhəmiyyətini vurğulayaraq, müzakirələr üçün seçilən formatın qarşıda duran məsələlərin səmərəli həlli üçün zəruri olduğunu qeyd ediblər və görüşün təşkil olunmasına görə təşəkkürlərini bildiriblər.

Oxşar xəbərlər

Anar Kərimov 2 əsas şöbəyə müdir TƏYİN ETDİ
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri işdən çıxarılıb
Mədəniyyət Nazirliyində yeni təyinat olub
Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar
Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Nazir əvəzi sabiq bələdiyyə sədrinin qızını işdən çıxardı - FOTO
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olundu
Mədəniyyət Nazirliyində kadr təyinatı
Prezident mükafatına layiq görülən sənətkarlar: “Sevincimizin həddi-hüdudu yoxdur”
Adı korrupsiya qalmaqalında keçən İdarə rəisi haqqında tədbir görüləcəkmi? - Foto
DTX-nin saxladığı rəis bu şəxslərə şərt qoyubmuş - FOTO
Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
Kürdəmirin mədəniyyət "ŞEFİ" hər ay 9500 manat verirmiş? - İTTİHAM
Mehriban Əliyeva Sami Yusufa Prezidentin fəxri diplomunu təqdim etdi
Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu
DTX Əbülfəs Qarayevin müavinini saxladı - FOTO
Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqını boykot etdi - AÇIQLAMA
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Əbülfəs Qarayevin işlədiyi dövr yoxlanılır
AzTV-də yeni təyinatlar - SİYAHI
Fərəh Əliyeva mədəniyyət naziri təyin olunub?
Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - SƏRƏNCAM
Əbülfəs Qarayevdən sonra növbə ONUNDUR? - İDDİA
"Nə Mədəniyyət Nazirliyindən, nə də də kinostudiyadan təbrik aldım"
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Nazir xanımı ilə birgə konsertdə - Fotolar