Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
19-08-2020, 15:07
208

Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun saxlanılması barədə xəbər yayılıb. Xəbər rəsmən təsdiqlənməsə də, sosial şəbəkələrdə və bəzi media orqanlarında israla bildirilir ki, icra hakimiyyətində keçirilən əməliyyat nəticəsində Ceyhun Cəfərovun da qoluna qandal vurulub. 
Bu arada adıçəkilən icra başçısı barədə maraqlı məlumat əldə edib. Bildirilir ki, Ceyhun Cəfərov “Rabitə işi”ndə həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun yaxın qohumudur. Bəzi məlumatlara görə, icra başçısı keçmiş aparat rəhbərinin qaynıdır. Bu baxımdan, Ceyhun Cəfərovun hələ o zaman həbs təhlükəsi ilə üzləşdiyi barədə iddialar var.
Ceyhun Cəfərov 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləyib, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir işləyib.
1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis vəzifəsində çalışıb.
C.Cəfərov 2006-cı il iyunun 19-dan 2011-ci il martın 3-dək Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-ci il martın 3-dən 2014-cü il aprelin 16-dək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib
Ölkə başçısının 16 aprel 2014-cü il tarixli sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var. (Yeni Sabah)

Oxşar xəbərlər

Vidadi Zeynalovla Ceyhun Cəfərovun planı Bakı ŞİH-də bəzilərini təşvişə salıb
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Kürdəmirin İcra Hakimiyyətindəki əməliyyatın görüntüləri - Video
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Kürdəmirin icra başçısı məktəblərdən 120 min alıbmış
Saatlıya təyin olunan icra başçısı kimdir?
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Daha bir icra hakimiyyətində əməliyyat keçirilir - Həbslər var
Vidadi  Zeynalovun yenidən  həbsi  gözlənilir
Yeni icra başçısı İTV-nin əməkdaşı olub
Vidadi Zeynalovun xaricdə şirkəti üzə çıxdı - Sənədlər
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Prezident Kürdəmirin icra başçısını vəzifədən uzaqlaşdırdı
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
İcra başçısı karantində oğluna toy etdi - FOTO
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
İcra başçısı məhkəməyə verildi
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA