Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
19-08-2020, 15:53
318

Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur

Avqustun 20-dən Azərbaycanda məhkəmələrin fəaliyyəti tam şəkildə bərpa olunur.
Ali Məhkəmədən Gündəlik Bakıya verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikasının ərazisində karantin rejiminin yumşaldılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını nəzərə alaraq məhkəmələrə aşağıdakılar tövsiyə edilib:
2020-ci il 20 avqust tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax  şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə bütün işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun.
 Azərbaycan Respublikasının bütün məhkəmələrində:
Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər  Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;
Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin;
Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.

Oxşar xəbərlər

Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Azərbaycanda daha bir məhdudiyyət tətbiq edilir
Bu gündən avqustun 24-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Avqust karantinin son ayı olacaq?
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
Bu gündən kafe və restoranlar açıldı
Azərbaycanda idman oyunlarına qadağalar aradan qalxdı
DYP 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edib
Rayonlara gediş-gəlişlə bağlı rəsmi açıqlama
13 şəhər və rayonlarının ərazisinə bəzi şəxslərin giriş-çıxış qaydası məlum olub
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
190 manatı alacaq şəxslərin siyahısı banklara göndərildi
“Xüsusi karantin rejimi uzadılmalıdır, lakin 10 rayonun “sarı” zonaya keçirilməsi mümkündür”
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydaları
Evdən çıxmaq istəyənlərin 29 faizinə rədd cavabı verildi
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
Bu gündən 190 manatın verilməsinə BAŞLANILDI
Məişət xidmətləri göstərən obyektlərinin fəaliyyəti bərpa olunacaq
Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video
Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP
Avqustun 31-dək qüvvədə olan qadağalar
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
Rayonlara gediş-gəlişlə bağlı açıqlama
Azərbaycanda televiziyalar fasiləsiz işləyəcək