Xəzər Aslanovun Xızıda “yaşıl soyqırım”ı davam edir…
19-08-2020, 16:10
602

Xəzər Aslanovun Xızıda “yaşıl soyqırım”ı davam edir…

 Bu ilin mart ayında Ekologiya və təbii sərvətlər nazirinin müavini  Rauf Hacıyev Xızıda qəbul keçirərkən  yaşıllıqların məqsədli şəkildə məhv edilməsindən Xızı rayonu yerli icra strukturlarının bu işdə neqativ rolundan bəhs edən şikayətlərlə üzləşib..
 Qeyd olunub ki,  2015-ci ildə “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə gerçəkləşən I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində və digər yaşayış məntəqələrində 10 minə yaxın  Eldar şamı əkilmişdi.Bu gün həmin tinglərin demək olar ki,90 faizi rayon rəhbərliyinin gözü qarşısında susuzluqdan quruyub.Məsələ ilə bağlı narahatlığını ifadə edənlərin qarşısında icra başçısı Xəzər Aslanovun cavabı da belə olub: “Mənlik dəyil.Səbəbini gedin,suvarma sistemləri idarəsinin rəisi Fərrux Haqverdiyevdən soruşun.” “İDEA” İctimai Birliyinin bu xeyirxah təşəbbüsünə sayğısız münasibətin kökündə duran amillərdən başlıcası rayon icra aparatının rəhbəri Xəzər Aslanovun və əlaltısı Arzu Əzizovun bitib tükənməyən tamahıdır.”  Xızı şəhərindəki köhnə xəstəxanaya yaxın ərazidə stadion tikintisi üçün ayrılmış torpaq sahəsi şəhər bələdiyyəsinin sabiq sədri Möhsüm Bağırovun “zəhməti” hesabına icra başçısı Xəzər Aslanov və ətrafındakı məmurlar- İH başçısının indiki müavini Arzu Əzizov və icra hakimyyəti başçısının sabiq müavini Azər Əlizadə arasında bölüşdürülüb. İcra başçısının və müavininin sınırsız iştahı qarşısında 2.5 hektarlıq böyük bir palıd meşəsi də xızılıların və Ekologiya Nazirliyinin regional idarəsi rəhbərliyinin gözü qarşısında yoxa çıxıb.Sonradan məlum olub ki, bu “yaşıl soyqırımın” icraçıları saxtakarlıqla dolu əməllərinə qanuni don geyindirmək üçün sözügedən ərazinin xəritəsində sürüşdürmələr aparıblar.Bu yolla Xızı rayonu ərazisində xeyli tarpaq sahəsii mənimsənilib.Nədənsə, Xızı rayon icra aparatının başçısı Xəzər Aslanovun və müavini Arzu Əzizovun bu əməlləri hələ də hüquqi qiymətini almayıb.Xızıda hələ də ümid edirlər ki, qara maskalılar yolu bir gün rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanovun iş otağından salacaqlar.   Gündəlik Bakı

Oxşar xəbərlər

Xızıda beş mərtəbəli binada narkotik yetişdirən şəxs saxlanıldı - FOTO
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda olub
Xızıda sürücü polisləri silahla hədələdi
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
“Quruyan ağacların yerinə yeniləri əkilir...” - Nərimanov İcra Hakimiyyətindən açıqlama
İcra başçısı Leyla Əliyevanın abadlaşdırdığı parkda özünə restoran tikdirir — FOTOLAR
Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
12 icra məmuru cəzalandırılıb
Bu ilin ilk yarısında məhkəmələrdə alimentlə bağlı 88 mindən artıq işə baxılıb
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Xızıda dağlıq ərazidə yanğın başlayıb - helikopterlər cəlb olunub
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
Saatlıya təyin olunan icra başçısı kimdir?
İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT
Arif Qasımovun qovulmasının sirri açılır: "Qara Kassa" Ramin Əhmədov kimdir? - Fotolar
Goranboyun icra başçısı avtobioqrafiyasını təzələyir...
Yeni icra başçısı İTV-nin əməkdaşı olub
Neçə icra başçısının başı ağrıyacaq
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
İcra başçısı məhkəməyə verildi
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
Leyla Əliyeva “Bizim həyət”in açılışında - FOTOLAR
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
Bələdiyyə sədrinə cinayət işi başlanıldı