Azərbaycan Türkiyənin qaz bazarında Rusiyanı sıxışdırıb - Yaxın gələcəkdə nələr gözlənilir?
19-08-2020, 23:46
248

Azərbaycan Türkiyənin qaz bazarında Rusiyanı sıxışdırıb - Yaxın gələcəkdə nələr gözlənilir?

Beynəlxalq Enerji Agentliyinin (IEA) ekspertlərinin fikrincə, COVID-19 pandemiyası 2020-ci ildə dünyada qaza tələbatın 4 faiz (150 milyard kubmetr) azalmasına səbəb ola bilər. Bu da XX əsrin ikinci yarısında təbii qaz bazarının yaranmasından bəri göstəricinin ən böyük azalması deməkdir.
2020-ci ilə qədər dünyada qaza olan tələbat, əsasən, artmaqda idi (mövcud statistikaya əsasən, 1970-ci ildən başlayaraq, 1980-ci illərdə böyümədə bir fasilə olub, amma sabitlik qalıb) və son iki onillikdə artım templəri ildə 100-400 milyard kubmetr səviyyəsində olub.
Amma ekspertlərin fikrincə, koronavirusun nəticələrinin tədricən aradan qaldırılması, dünyada qaza tələbatın ildə orta hesabla 1.5 faiz artmasına səbəb ola bilər. IEA-nın əvvəlki proqnozu 1.8 faiz olub. Proqnozlara görə, 2025-ci ildə illik tələbat 4.37 trilyon kubmetrə çatacaq və 2040-cı ildə bu göstərici 5 trilyon kubmetrdən çox ola bilər.
Ekspertlər qeyd edirlər ki, 2020-ci ildə Rusiya Federasiyası Türkiyəni sürətlə itirir. Onların vurğulamasına görə, Türkiyə üstünlüyü Azərbaycan qazına verir. Bu deyilənlər rəqəmlərdə də özünü göstərir.
Maraqlıdır ki, rəsmi açıqlamalara görə, Türkiyə yanvar-iyul aylarında Azərbaycandan 6.3 milyard kubmetr (2019-cu ilin 7 ayında 24 faiz artım) qaz alıb. 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan qaz ixracı təxminən 2 milyard dollar dəyərində 7.7 milyard kubmetr (artım 16.7 faiz) təşkil edib.
2020-ci ilin sonlarında - 2021-ci ilin əvvəllərində Azərbaycan "Cənub Qaz Dəhlizi" (CQD) sayəsində Avropa bazarında öz qazı ilə debüt etməlidir. O, 25 il ərzində ildə 10 milyard kubmetr qazla (9 Avropa şirkəti ilə uzunmüddətli müqavilələr əsasında) bölgədə yerini tutmaq istəyir.

Azərbaycan Avropa Birliyi ölkələrinə qaz tədarükünü ikiqat artırmaq istəyir, ancaq ekspertlərin fikrincə, bundan ötrü rəqabətə girməli olacaq.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban"Azadlıq" radiosuna bildirib ki, Avropaya qaz tədarükü haqqında danışarkən 10 il əvvəl düşünə bilmədiyimiz bir sıra dəyişikliklərin şahidi oluruq. O daha sonra bunları əlavə edib: "Avropa Birliyinə qaz satmağımızın reallaşmasına Avropanın mavi yanacaq mənbələrinin şaxələndirilməsinin tərəfdarı olması və artıq 25 illik müqavilələrimiz kömək edəcək. Ancaq, əlbəttə ki, bütün dəyişiklikləri nəzərə almalıyıq. Məsələn, Rusiya Federasiyası "Türk axını"nı (Rusiyadan başlayıb Qara dəniz vasitəsilə Türkiyəyə gedir-red.) 2020-ci ildə işə saldı, ancaq bu qaz kəməri əslində işləmir. Ümid edirik ki, CQD belə olmayacaq. CQD-nı genişləndirərkən bizim üçün əsas olan boru kəməri qazının konkret həcmlərinə ehtiyacı olan alıcıları tapmaqdır. Hər şey danışıqlardan asılıdır".
Asiya bazarına girməyə gəlincə isə, ekspertlər deyir ki, bu işdə irəliləyiş yoxdur.
Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın «Şahdəniz 2» qazının Avropaya nəqlini nəzərdə tutur. Layihənin 2018-ci ildə açılışı olub, amma tam başa çatmayıb. TAP (Trans-Adriatik Qaz Kəməri) və TANAP (Trans-Anadolu Qaz Kəməri) "Cənub Qaz Dəhlizi" layihəsinin tərkib hissəsidir.

Oxşar xəbərlər

"Bu il dünyada neftə tələbat 9-15% azala bilər"
Dünya enerji bazarını alt-üst edəcək kəşf: Çin inqilabı başlayır
“Türkiyənin kəşf etdiyi qaz yatağı Norveçin son 10 ildəki kəşflərinin cəmindən böyükdür” – Fatih Birol
Neftin ucuzlaşması manata təsir edəcək? - VİDEO
BMT: Dünya pandemiyadan sonra əvvəlki həyatı gözləməsin
Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır
Əhalimiz daha çox hansı nəqliyyatdan istifadə EDİR?
Pandemiya daha iki il davam edə bilər
“Aprel neft sənayesi tarixinin ən ağır ayı ola bilər”
Bu il dünyada smartfon alışına 400 milyard avrodan çox pul xərclənəcək
Koronavirus ABŞ milyarderlərinin sərvətini artırdı
Azərbaycanda meyvə-tərəvəz yeyənlərin sayı artıb
Bakının ev bazarı nə zaman dirçələcək? - Ekspert zaman verdi
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Kritik durum: Rusiyaya 24 təyyarə ilə dollar gətirildi
DİM-dən AÇIQLAMA: "Özəl ali məktəblərə qəbul olanlar..."
DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür
İnflyasiya əhalinin gəlirlərindəki artımı silib
Gələn ildən pensiyalar artacaq - Nazir
ABŞ Rusiyaya sanksiya tətbiq edir, Rusiya isə hələ də dollar alır – Dollar niyə bu qədər cazibədardır?
"Bu fəlakət koronavirusdan 5 dəfə daha çox insanı öldürəcək"
Xalq artisti Rauf Babayev dünyasını dəyişib
Azərbaycanda və dünyada yoluxma niyə artır? - SƏBƏB TAPILDI
Devalvasiyanın zərəri və xeyri: Hökumət iyunda qərar verə bilər... (ŞƏRH)
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Kür çayında suyun səviyyəsi 18 santimetr artıb
Pandemiyadan ən çox zərər çəkən inkişaf etmiş ölkə məlum oldu
Neftin gələn il 60 dollaradək bahalaşacağı istisna deyil