“Yenidən sərtləşdirməyə getməyəcəyik” - Baş infeksionist
19-08-2020, 18:01
204

“Yenidən sərtləşdirməyə getməyəcəyik” - Baş infeksionist

"Azərbaycanda koronavirusdan sağalan xəstələrin sayı yoluxanlardan çoxdur. Virusun yayılması ilə bağlı hələlik təhlükəli hal müşahidə edilmir".
Bunu açıqlamasında baş infeksionist Cəlal İsayev deyib. Onun sözlərinə görə, gündəlik yoluxma sayında təxminən 30-40 nəfər arasında artım və ya azalma ola bilər. Epidemiyanın gedişatında belə halların olması təbii haldır.
"Sağalan xəstələr yoluxanlardan çoxdur. Bu, stabilliyi göstərir. Gələcəkdə vəziyyətə baxıb qiymətləndirəcəyik. Hələlik təhlükəli hal yoxdur. Buna baxmayaraq, biz vətəndaşları diqqətli olmağa çağırırıq".
C. İsayev bildirib ki, yaxın zamanlarda yenidən sərtləşdirmə tədbirləri nəzərdə tutulmayıb.
"Yoluxmanın artacağına və vəziyyətin yenidən sərtləşdirmə tədbirlərinə aparacağına inanmıram. İnsanlar maskadan istifadə edir, məsafəni gözləyir, təmizlik qaydalarına əməl edirlər. Başa düşürlər ki, ciddi yanaşmaq lazımdır, xəstəliklə zarafat etmək olmaz. Sərtləşdirməyə getməyəcəyik. ÜST payız fəslində ola biləcək artımlar zamanı karantin tədbirləri həyata keçirməyi tövsiyə etmir".(Azvision)

Oxşar xəbərlər

Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionistdən cavab
“Metronu, təhsil müəssisələrini, ticarət mərkəzlərini açmaq olmaz”
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” - Baş infeksionist
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
“COVİD-19 soyuq havada daha tez yayılır” – İkinci dalğanın “ayaq səsləri”
“Koronavirus təhlükə olaraq qalır”
Bu əlamətlər yaranarsa, koronavirusa görə yoxlanmaq vacibdir - Baş infeksionistdən XƏBƏRDARLIQ
Gələn həftə kafelər açılır? – Baş infeksionistdən açıqlama
“Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır - 16 nəfər ölüb
Karantin sərtləşdirilsin, yoxsa? - Məşhurlar son günlərin ən vacib sualına cavab verir
Virusla bağlı kritik məqam: - “Azərbaycanda ilk dalğa hələ bitməyib”
Nazirlər Kabineti rəsmisi həyəcan təbili çalır: “Yoluxma yenidən artır”
Sağalandan üç ay sonra qorxunc nəticə - Koronavirusla bağı ilginc araşdırma...
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
"Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir"
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
Baş infeksionistdən vətəndaşlara kafe və restoranlarla bağlı müraciət
Sabiq nazir: "Çox ciddi çətinliklər meydana gələ bilər"
Həkim-infeksionist: “İkinci dalğa qaçılmazdır, daha çox yoluxma...”
Sentyabrın 1-dən metro açılır?-AÇIQLAMA
“Metro yenidən bağlanacaq? – Qurum sözçüsü istisna etmir
Rayonlara gediş-gəliş açıldı; daha hansı qadağalar götürülə bilər - açıqlama
Avqust karantinin son ayı olacaq?
Koronavirusla bağlı ilk dəfə olaraq pozitiv statistika qeydə alınıb
Restoran və kafelər yoluxma riskini 2 dəfə artırır - Həkimdən XƏBƏRDARLIQ
Toyların keçirilməsinə icazə verilə bilər - 150-200 nəfərlik
"Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır"
Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq - BNA