Vüqar Səfərlidən ittihamlara cavab: Xanımının qəzetinə ayrılan 300 min...
15-09-2021, 10:04
48

Vüqar Səfərlidən ittihamlara cavab: Xanımının qəzetinə ayrılan 300 min...

Ləğv edilmiş KİVDF-nin həbsdə olan sabiq rəhbəri Vüqar Səfərli istintaqa verdiyi ifadələrdə ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.
"Qafqazinfo" xəbər verir ki, V.Səfərli Fondun təşkil etdiyi ziyafətlərlə bağlı olan mənimsəmə ittihamlarını qəbul etməyib.
İttihama görə, KİVDF-nin təşkil etdiyi tədbirlərə maksimum 250 nəfər çağırıldığı halda siyahıdakı qonaq sayı 400 nəfər göstərilib. V.Səfərli ifadəsində göstərib ki, ayrılan vəsaitlər obyekt sahiblərinə tam ödənilib: “Tədbirlərdə iştirak edən şəxslərin sayının az olması dəvət olunub iştirak etməyən şəxslərə görə ola bilərdi. Ancaq saya görə nəzərdə tutulan məbləğ tam ödənilib. Hər zaman sərfəli təkliflər “Altun” və “Xəmsə” restoranları tərəfindən edildiyindən tədbirlər adıçəkilən restoranlarda tender və satınalma qaydalarına əməl edilməklə təşkil olunub. Həmin məbləğlər üzrə ayrılmış vəsait təyinatı üzrə xərclənib”.

KİVDF tərəfindən 2017-2018-ci illərdə 103 min manata yaxın dəftərxana ləvazimatlarının alınması ilə bağlı (dəri çanta, bloknot, kitab təqvim, asma təqvim, stolüstü təqvim, qələm və s.) rəsmiləşmənin saxta olması ittihamlarını da qəbul etməyən V.Səfərli ləvazimatların media nümayəndələrinə paylanıldığını, həmin məbləğin jurnalistlərə xərcləndiyini deyib: “Həmin ləvazimatlar həqiqətən alınıb və müxtəlif mətbuat işçilərinə verilib. Ancaq həmin ləvazimatların paylanılması ilə bağlı rəsmi sənədlər tərtib olunmayıb. Ləvazimatların eyni gündə mühasib tərəfindən qəbul edilib xərcə silinməsi qanun pozuntusudur”.
Vüqar Səfərlinin mənimsəmə əməlləri ilə bağlı daha bir şübhəli məqam həyat yoldaşının adına olan “Futbol+Qol” qəzetinə 2015-2019-cu illərdə 300 min manat dövlət dəstəyinin ayrılması olub. O, bu faktla bağlı maliyyə yardımının digər qəzetlərlə ayrıldığı kimi eyni qaydada aparıldığını bildirib: “Həqiqətən qəzetin təsisçisi həyat yoldaşım olub. Həmin qəzet Fond yaradılmamışdan qabaq da fəaliyyət göstərib. Qəzetə ayrılan yardım Fondun tələblərinə uyğun verilib. Qəzet də məbləği öz fəaliyyətinə xərcləyib”.
Qeyd edək ki, Vüqar Səfərli dövlətə məxsus 18,5 milyon manatı mənimsəməkdə təqsirli bilinir. Eyni zamanda onun vəzifə saxtakarlığı və cinayət yolu ilə 5,7 milyon manat mənimsədiyinə dair əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsi ödənilib.

Oxşar xəbərlər

Vüqar Səfərli 9 tədbirdən 104 min manat QAZANIB
Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”
Vüqar Səfərli YAP-dan çıxarıldı
Vüqar Səfərli ilə birgə həbs olunan Nadir Məmmədov apelyasiya şikayəti verdi
Vüqar Səfərli Əli Həsənovu da özü ilə həbsə aparacaq? - İSTİ İZLƏRLƏ...
Vüqar Səfərlinin mənimsədiyi milyonlar...
Vüqar Səfərlidən ŞOK ADDIM: Oğurladığı pulların bir qismini qaytarıb
Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
Bu gün Vüqar Səfərlinin məhkəməsi başlayır
Vüqar Səfərli apelyasiya şikayəti verməkdən imtina etdi
Vüqar Səfərlinin məhkəməsi təxirə salındı
Vüqar Səfərlidən xəbər var
Vüqar Səfərlinin evlərinə, bağlarına, avtomobillərinə HƏBS QOYULDU
Vüqar Səfərlinin biznes ortağını KİM GİZLƏDİR?
Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də HƏBS EDİLDİ
Vüqar Səfərli 18,5 milyon manatı mənimsəməkdə ittiham olunur
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
"Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
Vüqar Səfərli bu gün hakim qarşısına çıxarılacaq
Məhkəmə Vüqar Səfərli barədə yeni qərar verdi
Vüqar Səfərlinin məhkəməsi təxirə salındı
Vüqar Səfərli ilə bağlı QƏRAR VERİLDİ - ev dustaqlığına buraxılmadı
SON DƏQİQƏ! Vüqar Səfərlinin həbs müddəti artırılır
Vüqar Səfərli ev dustaqlığına buraxılacaq? - Məhkəməyə müraciət edildi
Həbs edilən Vüqar Səfərlidən XƏBƏR VAR
Reketliklə məşğul olan “media rəhbəri”  Vüqar Səfərli  həbsxanadan xəbər göndərib.-   O, KİVDF  Müşahidə Şurası və İdarə Heyəti üzvlərini “türməyə”  çağırır ...
20 milyon manatlıq yeyintidə Əli Həsənov və ailə üzvlərinin də adı hallanır
Prokurorluqdan Vüqar Səfərlinin cinayət əməli ilə bağlı YENİ AÇIQLAMA
Həbs olunan Vüqar Səfərlinin oğlu Gömrük Komitəsində İŞLƏYİR