250 manata COVID pasportu satan şəxslərə cinayət işi açıldı
16-09-2021, 10:23
37

250 manata COVID pasportu satan şəxslərə cinayət işi açıldı

Qanunsuz olaraq pul müqabilində vətəndaşlara saxta “COVID-19” vaksin sertifikatı təqdim edən şəxslərə cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bakı şəhəri ərazisində qanunsuz olaraq pul müqabilində vətəndaşlara “COVID-19” əleyhinə peyvənd vurulmadan vaksin serifikatının və aidiyyəti qurumlara təqdim etmək üçün saxta arayışlar verilməsi barədə daxil olan məlumat əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri 20 saylı şəhər poliklinikasında həkim-terapevt Günay Hüseynovanın həmin poliklinikada tibb bacısı Nailə Musayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın Mehdiabad Ailə Sağlamlıq Mərkəzində mama-ginekoloq Esmira Xudayarova, Mərkəzi Dəmir Yol Xəstəxanasının həkim-terapevti Bəsdi Behbudova və “Paşa-K” firmasının reklam üzrə mütəxəssisi İlahə Quliyeva ilə cinayətkar əlaqəyə girərək tamah niyyəti ilə Bakı şəhəri ərazisində 100 nəfərdən artıq şəxsin hər birindən 200-250 manat məbləğdə pul alınması müqabilində “COVID-19” əleyhinə peyvənd vurulmadan vaksin sertifikatının verilməsini, qeydiyyata alınmasını, vətəndaşlar barədə “E-Təbib” portalında mövcud olan məlumatların dəyişdirilməsini təşkil etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Oxşar xəbərlər

Saxta COVID pasportu satan tibb bacısına cinayət işi açıldı
Peyvənd vurulmasına dair məlumatları saxtalaşdıranlar TUTULDU
Saxta vaksin sənədi yazan vəzifəli şəxslərə cinayət işi açıldı
Bakıda saxta COVID-19 pasportu verən vəzifəli şəxslər İFŞA EDİLDİ
Saxta COVID pasportu verən şəxslərə cinayət işi AÇILDI
Lerikdə işləyən tibb işçisi Bakıdakı şəxslərə saxta COVİD-19 pasportu verdi
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Saxta COVİD-19 pasportu verən tibb işçiləri saxlanıldı
Saxta COVID pasportu satan daha bir şəxsə cinayət işi açıldı
Dörd poliklinikada saxta COVID-19 pasportu satanlar aşkarlandı - VİDEO
“VTEK“ əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
101 nəfərə saxta koronavirus sənədi satan şəxslər HƏBS EDİLDİ
Bakıda vəzifəli şəxslərə cinayət işi açıldı
Saxta COVID-19 sənədi verən feldşerə cinayət işi açılıb
Saxta COVID pasportu verənlərə cinayət işi açıldı
Rüşvət üstündə saxlanılan şöbə müdirinin məhkəməsi başlayır
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
MTK direktoruna cinayət işi açıldı - RƏSMİ
Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı - RƏSMİ
Azərbaycanda daha bir korrupsiya faktı – Cinayət işi açıldı
Özünü məmur kimi təqdim edib dələduzluq edən şəxs HƏBS EDİLDİ
Saxtakarlıq edən daha 2 vəzifəli şəxs barəsində cinayət işi açıldı
Saxta COVID pasportu verən şəxslər SAXLANILDI - VİDEO
Bələdiyyə sədrinə cinayət işi açıldı
Bakıda ağac kəsən vəzifəli şəxslərlə bağlı cinayət işi açıldı
Həbsdə olan bələdiyyə sədri ilə bağlı rəsmi məlumat
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə HƏBS EDİLDİ
Bakıda 9 min manatlıq saxta COVID-19 pasportu satan şəxslər saxlanıldı
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Baş həkim vətəndaşın 280 min manat pulunu ələ keçirdi - DƏLƏDUZLUQ