Ermənistanın xaricə çıxış yollarının ikisi də təhlükədədir - Zəngəzur dəhlizi həyati əhəmiyyət daşımağa başlayır...
16-09-2021, 16:19
141

Ermənistanın xaricə çıxış yollarının ikisi də təhlükədədir - Zəngəzur dəhlizi həyati əhəmiyyət daşımağa başlayır...

Elman Nəsirov: “Hər şey Ermənistanın bundan sonrakı davranışından asılıdır”

Ermənistanın xaricə çıxışı üçün iki əsas yol var. Bunlardan biri Gürcüstan ərazisindən keçən Yuxarı Lars yoludur. Digəri onu İran ərazisi ilə əlaqələndirən Gorus-Qafan yoludur.
Yuxarı Lars yolu Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yoludur. Ancaq o da var ki, qış fəslində sözügedən yol keçilməz olur. Bunun səbəbi həmin yolun mürəkkəb dağlıq ərazidən keçməsi ilə bağlıdır. Qar yağan kimi, iri tutumlu yük maşınları günlərlə bu yolda qalır. Qış hələ gəlməyib, amma bu yolda artıq problemlər yaranıb. Ermənistanın Rusiya səfirliyindəki gömrük attaşesi Aram Tananyan bildirib ki, dünəndən başlayaraq, Lars yolunda artıq növbələr yaranıb.
Gorus-Qafan yolu da İranın Ermənistanla nəqliyyat əlaqəsi qurmasını təmin edir. Ancaq Ermənistanın İrana çıxışını təmin edən Gorus-Qafan yolu da faktiki Azərbaycanın nəzarətindədir. Məsələ ondadır ki, bu yolun 21 kilometri Azərbaycan ərazisindən keçir. Məlum səbəblərlə əlaqədar Azərbaycan həmin yolda bir neçə yoxlama postu qurub. Bu həm də o deməkdir ki, Azərbaycan istədiyi vaxt həmin yolları bağlaya bilər.
O da məlumdur ki, Ermənistan müxtəlif vasitələrlə Zəngəzur dəhlizinin açılmasına mane olur. Baxmayaraq ki, sözügedən dəhlizin açılması ilə bağlı ciddi gözləntilər var. Maraqlıdır, Ermənistanı xarici ölkələrlə əlaqələndirən iki yolun imkanlarının məhdud olması İrəvanı Zəngəzur dəhlizi ilə bağlı qərar verməyə məcbur edə bilərmi?
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirov prinsipcə bunu istisna etmədi: “Heç kəsə sirr deyil ki, payız-qış mövsümü yaxınlaşdıqca Ermənistanda sosial-iqtisadi vəziyyət daha da çətinləşir. Ermənistanın blokada vəziyyətində olması nəticə etibarı ilə sosial gərginliyin daha da artmasına təkan verir. Ölkənin blokada vəziyyətinə düşməsi Ermənistanın 30 illik işğalçılıq siyasətinin məntiqi nəticəsidir. Buna görə Azərbaycan və Türkiyə Ermənistana qarşı iqtisadi, nəqliyyat blokadası siyasəti həyata keçirib. Ona görə də hər şey Ermənistanın bundan sonrakı davranışından asılıdır. Ermənistan əməkdaşlıq yolunu seçərsə, revanşizm istəklərindən əl çəkərsə, o zaman yeni şərait yaranmış olacaq və əməkdaşlıq imkanları yaranacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın hazırda faktiki olaraq xaricə iki çıxış yolu var. Onlardan biri Gürcüstan ərazisindən keçən Yuxarı Lars yoludur. Ancaq payız-qış mövsümündə bu yolda ciddi problemlər yaranır. Nəticədə həmin yol faktiki olaraq tam gücü ilə işləyə bilmir. İkinci yol isə Gorus-Qafan yoludur ki, onun bir hissəsi Azərbaycandan keçir. Azərbaycan erməni təxribatlarına cavab olaraq həmin yolun Qubadlıdan keçən hissəsində postlar qurub. Bu isə nəticə etibarı ilə İrandan Ermənistana daşınan müxtəlif təyinatlı yüklərin qarşısının alınması anlamına gəlir. Çünki həmin yolla Qarabağa birbaşa qanunsuz yüklər daşınır. İndiki vəziyyətdə Ermənistan Gorus-Qafan yolunda da çox ciddi problemlərlə üz-üzə qalıb. Ona görə də Ermənistanın yeganə çıxış yolu odur ki, təxribatçı davranışlarına son qoysun. Qarşılıqlı şəkildə ərazi bütövlüyü tanınmalıdır, sülh sazişi imzalanmalıdır. Xüsusən də nəqliyyat-kommunikasiya xətləri açılmalı, Zəngəzur dəhlizi işə düşməlidir. Ancaq təəssüflər olsun ki, hələlik Ermənistan tərəfindən bu yöndə hansısa addımlar atılmır. Ancaq bu, Ermənistanın ziyanına işləyir”.
Bu baxımdan millət vəkili hesab edir ki, Ermənistan konstruktiv addımlar atmalıdır.

Oxşar xəbərlər

Paşinyandan Gorus-Qafan yolu ilə bağlı ETİRAF (FOTO)
Rusiyalı hərbçilərdən erməni sürücülərə XƏBƏRDARLIQ – Azərbaycan əsgərləri sizi saxlasa…
"Gorus-Qafan yolu bağlansa, Ermənistan çökəcək" - Erməni politoloq
Gorus-Qafan yolu bağlandı - Paşinyan çağırış etdi (FOTO)
Gorus-Qafan yolunda İranın avtobusları da yoxlanılır
Qafan yolu Ordumuzun nəzarətinə keçdi
Gorus-Qafan yolunun bu hissələrinə Rusiya sərhədçiləri nəzarət edəcək – Ermənistan KİV
Ermənistan "həyəcan siqnalı" verdi - "Zəngəzurda azərbaycanlı hərbçilərin yolu bağlaması"...
Gorus-Qafan yolundakı lövhə bərpa edildi
Sərhədçilərimiz Qafan aeroportu və Qafan-Gorus yoluna nəzarət edir -FOTOLAR
Erməniləri təşvişə salan lövhə
"Azərbaycan tərəfi hər an Qafan yolunu bağlaya bilər" - Akopyan
Ordumuz Gorus-Qafan yolunda - Video
Qafan-Gorus yolunda avtoqəza: iki erməni hərbçi öldü
21 kilometrlik Gorus-David Bek yolu Azərbaycanın nəzarətinə verilir
Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən yolu bağladı
“Qafan-Əkərək yolu Azərbaycanın nəzarətinə keçib” - Qafan meri
Zəngəzurda vəziyyət gərginləşdi: müdafiə naziri bölgəyə yollandı - VİDEO
Ermənilər Qafanı tərk edir: Bu ərazilər də Azərbaycana qaytarılacaq? - VİDEO
“Azərbaycana xoş gəlmisiniz” lövhəsi erməniləri şoka saldı
İlham Əliyev Zəngəzur dəhlizindən danışdı: “Çox fəal çalışırıq”
Gorus-Qafan yolundan son görüntü - Video
"Zəngəzur dəhlizi"nin açılması Ermənistana hava-su kimi lazımdır" - RƏY
Ermənistan və İrandan NÖMRƏ HİYLƏSİ - Ermənilərə silah belə ötürülür?
Ermənilərin Rusiyaya gediş-gəlişi çətinləşdi
Paşinyanın işi-gücü bizi beynəlxalq aləmdə alçaltmaqdır" - Anna Qriqoryan
Ermənistandan Rusiyaya gedən magistral yol bağlanır
“Ermənistan-İran sərhədində 120 yük maşını çarəsiz durumda idi“ - Rəsmi
Zəngəzur və Qafan Azərbaycana veriləcəkmi?
Ermənilərin cəmi 1 YOLU QALDI: - Qarabağdan qaçmaq üçün...