Beyləqanın Orta Əlinəzərli kənd məktəbinin ibtidai sinif müəlliminin diplomu saxtadır? - İDDİA
16-09-2021, 18:01
68

Beyləqanın Orta Əlinəzərli kənd məktəbinin ibtidai sinif müəlliminin diplomu saxtadır? - İDDİA

Bir neçə gün öncə proqnoz.com saytında "Azərbaycan təhsilinin başına oyun açan işbazların daha bir sərgüzəşti... " adlı məqalə dərc olunmuşdu. Həmin məqalədə adı Beyləqanın Orta Əlinəzərli kənd məktəbinin ibtidai sinif müəllimi Xəlilova Nəzakət Sovet qızının diplomunun saxta olmasından bəhs olunurdu.

Proqnoz.com saytının redaksiyasına göndərilən faktlarla bağlı 20- 08- 2021-ci il tarixdə, saat 13:14 radələrində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Facebook.com/tehsil.gov.az/ səhfəsinə yazı göndərilsədə, indiyədək heç bir reaksiya verilməyib.

Onu da bildirək ki, Beyləqanın Orta Əlinəzərli kənd məktəbinin ibtidai sinif müəllimi Xəlilova Nəzakət Sovet qızının diplomunun saxta olması ilə bağlı yazı saytda ictimailəşdiriləndən sonra redaksiyaya zəng edərək, proqnoz.com saytının baş redaktorunu hədə-qorxu gələrək, onu məhkəməyə verərək, həbs etdirəcəyini bildirib.

Atalar belə yerdə yaxşı deyib: "Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı".

Beyləqanın Orta Əlinəzərli kənd məktəbinin ibtidai sinif müəllimi Xəlilova Nəzakət Sovet qızı hələ də bilmir ki, saxta yolla 18 iyul 1970-ci il doğumlu (2HWRLR6), hazırda Beyləqan rayon, Orta Əlinəzərli kənd sakini və həmin kənddə ibtidai sinif müəllimi işləyən bu xanım müəllimə 19.08.1985-ci il tarixli, 121 saylı əmrlə Şəki Pedaqoji Məktəbinin "İbtidai təhsil” ixtisasına qəbul olunmuş, 13.07.1989-cu ildə Şəki Məişət Xidməti Texnikumunu həmin ixtisas üzrə bitirmiş və 059117 saylı adi diplom necə alıb.
 
Beyləqanın Orta Əlinəzərli kənd məktəbinin ibtidai sinif müəlliminin diplomu saxtadır? - İDDİA
 
Beyləqanın Orta Əlinəzərli kənd məktəbinin ibtidai sinif müəlliminin diplomu saxtadır? - İDDİA
 
(Qeyd: 1987-ci ildən texnikumun profili və adı dəyişərək Şəki Məişət Xidməti Texnikumu adlandırılmışdır).
 
Beyləqanın Orta Əlinəzərli kənd məktəbinin ibtidai sinif müəlliminin diplomu saxtadır? - İDDİA
 
Qeyd edək ki, əlimizdə bu məlumatların düzgünlüyünü təsdiq edən, Şəki Pedaqoji Texnikumunun direktoru R. Ş. Şükürovun imzası və möhürü ilə təsdiq olunmuş 150 saylı, 22.04.2008-ci il tarixli arayış da var. Hətta Nəzakət Xəlilovanın işlədiyi pedaqoji kollektivdə onun adi diplomunu hamı görüb. Lakin bütün bu kimi dəqiq faktların olmasına baxmayaraq onun hazırda şəxsi işlərinin içərisində eyni adlı, eyni nömrəli diplom fərqlənmə diplomu olaraq tanınmaqdadır.
 
Beyləqanın Orta Əlinəzərli kənd məktəbinin ibtidai sinif müəlliminin diplomu saxtadır? - İDDİA
 
Qəribədir, görəsən dövlətin rəsmi sənədinin dəyişdirilməsi və həmin saxtalaşdırılmış sənəd əsasında fəaliyyət göstərərək, hər ay dövlətin 450 manat vəsaitini əldə edən sözdə müəllim olan Nəzakət Xəlilova heç vicdan əzabı çəkirmi?

Gələcəyimizin təminatı olan sağlam gəncliyi belə "müəllimlər”mi tərbiyə edir? Ağ lövhə kimi məktəb mühitinə daxil olan körpə balalarımızı kimlərə əmanət etdiyimizi bilmək bizim də haqqımızdır. Məktəb təlim-tərbiyə ocağıdır və əminliklə bildirirəm ki, hamımız mənəviyyat dərsini müəllimlərimizdən və onların tədris etdiyi fənlərdən alırıq. Belə bir müqəddəs məkanda fırıldaqçı, saxtakar insanlara yer olmamalıdır.

Aidiyyatı qurumların bu məsələni araşdıracağına və bu barədə səlahiyyətli orqanların doğru qərar verəcəyinə heç şübhəmiz yoxdur.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq./proqnoz.com
 

Oxşar xəbərlər

39 yaşlı şairə xərçəngdən vəfat etdi
Emin Əmrullayev intihar edən 27 yaşlı müəllimdən yazdı
Göygöldə təhsil sistemi bərbad gündədir - GİLEY
Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir
Baş Prokurorluqdan intihar edən müəllimin işi ilə bağlı MÜRACİƏT
Məktəbəhazırlıq və ibtidai sinif şagirdləri üçün tətil günləri AÇIQLANDI
Şuşa uğrunda döyüşlərdə şəhid olan tarix müəllimi - FOTO
Azərbaycanda məktəbli İNTİHAR ETDİ - ŞOK SƏBƏB
Yuxarı sinif şagirdləri üçün dərs başlayır?
Şəmkir məktəıblisi ən çox bal toplayıb
Daha bir müəllim koronavirusdan vəfat etdi
Məktəb müəllimi koronavirusdan vəfat edib - FOTO
Azərbaycanda nişanlı qız intim fotoları ilə şantaj olunur — FOTO
Lerikdə təhsildən başqa hər şey var
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
31 saylı Kəlbəcər məktəbində müəllimlə direktor arasında "soyuq müharibə" davam edir
Vətən Müharibəsində şəhid olan daha bir müəllim - FOTO
Alimpaşa Məmmədovun ərköyün direktoru
Gəncə təhsilində RƏSMƏN ÖZBAŞINALIQDIR... - İLGİNC İDDİALAR...
İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ
Bakıda müəllim koronavirusdan vəfat etdi
“Məktəb direktorunun oğlu və gəlini Bakıda yaşasalar da, bu məktəbdən maaş alırlar” – Masallı məktəbində özbaşınalıq
Kimya müəlliməsindən valideynə təhdid
Gəncədə məktəb direktorları saçyoldusuna çıxıblar.-Anar Qədiməliyev haqqında iddialar…
Məktəb bərbad halda olduğu üçün uşaqlar dərsə getmək istəmir - VİDEO
Məktəb direktoru vəfat etdi
İbtidai sinif müəllimləri ayda 1 dəfə pulsuz koronavirus testindən keçiriləcək? - AÇIQLAMA
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
Fevralın 1-dən bölgələrdə neçə məktəb əyani təhsilə qayıdır?
Yəqin ki gənc nazirimizə bu FAKTLAR MARAQLIDIR... - Övladlarımızı NECƏ OXUDAQ?