Ceyhun Bayramov Xankəndiyə qanunsuz səfər edən fransızlardan DANIŞDI - FOTO
16-09-2021, 19:19
45

Ceyhun Bayramov Xankəndiyə qanunsuz səfər edən fransızlardan DANIŞDI - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər cari regional təhlükəsizlik vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparıblar.
Tərəflər, həmçinin Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi həyata keçirib və əməkdaşlığın inkişafı üçün mövcud potensialı qeyd edərək bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.
 
Ceyhun Bayramov Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
 
 


Oxşar xəbərlər

Ceyhun Bayramov İsrail səfiri ilə Qarabağ məsələsini müzakirə etdi
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşdü
Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə telefonla danışdı
Ceyhun Bayramov italyan həmkarı ilə telefonla danışdı
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə danışdı
Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinin müavini işə görüşdü
Ceyhun Bayramov Lavrovla bəyanatın icrasını müzakirə etdi
Ceyhun Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü - FOTO
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə müzakirə apardı
“Ermənistan bu günədək mina xəritələrini Azərbaycana verməkdən imtina edir” - Nazir
Ceyhun Bayramov Pakistanda daha bir görüş keçirdi - FOTO
Ceyhun Bayramov Çavuşoğlu ilə Əfqanıstandakı vəziyyəti müzakirə etdi
XİN rəhbəri sərhəddəki vəziyyətdən danışdı
Ceyhun Bayramov Belçikanın yeni səfirini qəbul etdi
Avropa İttifaqı Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər - FOTO
Azərbaycanla Pakistan arasında saziş imzalandı
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü
Ceyhun Bayramov Türk Şurasının Baş katibini qəbul edib
Ceyhun Bayramov İtaliya səfiri ilə sərhəddəki vəziyyətdən danışdı
"Sərhəd məsələsinin şişirdilməsi yolverilməzdir” - Ceyhun Bayramov
Ceyhun Bayramov İvana Duarteni qəbul etdi - FOTO
Ceyhun Bayramov Cavad Zəriflə telefonla danışdı
Ceyhun Bayramov Yeni Zelandiyanın yeni səfiri ilə görüşüb
Ceyhun Bayramov Qırğızıstanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı - YENİLƏNİB-1 - VİDEO
Ceyhun Bayramov Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdü
Çavuşoğlu ilə Ceyhun Bayramov bu məsələləri müzakirə edəcəklər
Ceyhun Bayramov Əfqanıstanın XİN başçısı ilə müzakirə aparıb –XİN-dən açıqlama
Ceyhun Bayramov Brüsselə getdi
Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü