Azərbaycan çempionu dəfn olundu - FOTOLAR
19-09-2021, 13:55
44

Azərbaycan çempionu dəfn olundu - FOTOLAR

Çində doktorantura təhsili alan azərbaycanlı idmançı Sadiq Həsənov dəfn olunub.
Oxu.az xəbər verir ki, onun cənazəsi bu gün Cəlilabad rayonunun Günəşli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, S.Həsənov Bakı şəhərindəki yaşadığı evində xərçəng xəstəliyindən dünyasını dəyişib.
Sadiq Həsənağa oğlu Həsənov 1985-ci ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, ilk ali təhsilini Sumqayıt Dövlət Universitetininin tarix fakültəsində alıb, sonradan Çinin Pekin İdman Universitetində dövlət hesabına magistr təhsilini davam etdirib.
S.Həsənov vəfat edənə qədər həmin universitetin doktorantı idi.
Bir neçə ay əvvəl səhhətində yaranan ciddi problemlər səbəbindən Azərbaycana qayıtmışdı və müalicə olunurdu.
Həkimlər onun xərçəng xəstəliyinə tutulduğunu bildirmişdi.
S.Həsənov Azərbaycanı dünyada təmsil edən idmançılardan biri idi. O, uzun illər idmanın kikboksinq, tayboks, uşu-sanda, qaydasız döyüş növləri ilə, bodibildinqlə məşğul olub və dəfələrlə ölkə çempionu olub, yüksək mükafatlar qazanıb.
Eyni zamanda, uşu üzrə Azərbaycan çempionatının qalibi olub. Dəfələrlə Çində Azərbaycanı bir neçə idman növləri üzrə layiqincə təmsil edib. Sadiq idmanla yanaşı paralel olaraq fitneslə də məşğuliyyətini davam etdirib. Çində dəfələrlə fitnes-model yarışlarının qalibi olub. Bundan əlavə, Çində döyüş səhnələrindən bəhs olunan onlarla filmdə oynamaq üçün dəvət alıb və müxtəlif obrazlar canlandırıb.

Oxşar xəbərlər

Müxalifət funksioneri koronavirusdan vəfat etdi
Yalçın Rzazadənin dəfn edildi - YENİLƏNİB
Əməkdar mədəniyyət işçisi VƏFAT ETDİ
Qəhrəmancasına şəhid olan kəşfiyyatçı-zabit Cəlilabadda dəfn edildi (FOTOLAR)
Əli Həsənov 20 ildir tutduğu bu vəzifədən də azad olundu
Qəbələdə 63 yaşlı kişi intihar etdi
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi
Daşkəsənli qazimiz niyə intihar edib?
Musa Yaqub dəfn edildi
Rəmiş "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
Yalçın Rzazadə bu gün Lənkəranda dəfn olunacaq
Əli Həsənov Azərbaycana gətirildi
Azərbaycan əsilli zabit Rusiyada həlak oldu
Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddia
İtkin düşən hərbçimizin nəşi tapıldı
Cəlilabadda qanunsuz at əti kəsimi və satışı faktı aşkarlanıb
Əli Həsənov Fətullah Gülənlə ortaq olub: Türkiyə mediasından sensasion iddia
Baloğlan Əşrəfov Masallıda dəfn edildi - YENİLƏNİB (FOTOLAR)
Əli Həsənovun vəziyyəti ağırlaşdı – Təcili Türkiyəyə aparıldı
Azərbaycan Ordusunun şəhid olan əsgəri Şabranda dəfn olundu
Əli Həsənov səhhətindən danışdı - Yenilənib
Bərdədə ermənilərin atdığı raket nəticəsində ölən videooperator torpağa tapşırıldı
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Zöhrə Abdullayeva dəfn olundu - FOTO
“Sumqayıt”ın vitse-prezidenti vəfat etdi
Azərbaycan çempionu koronavirusdan dünyasını dəyişdi - FOTO
Sumqayıtın polis rəisinin müavini İŞDƏN ÇIXARILDI
Faiq Ağayev sədr müavini təyin olundu
Xüsusi təyinatlı Əliqismətin real döyüş VİDEOSU
Vasif Talıbovun sələfi vəfat etdi - FOTO