Məscid və ziyarətgahlarda məhərrəmlik mərasimləri keçirilməyəcək
20-08-2020, 12:55
89

Məscid və ziyarətgahlarda məhərrəmlik mərasimləri keçirilməyəcək

"Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Dünyanın bütün nöqtələrində bu və ya digər şəkildə təcridolunma həyata keçirildiyi, İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə diğər dinlərin müqəddəs ayinlərinin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir".
Gündəlik Bakı xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlaması ilə əlaqədar dindarlara ünvanladığı müraciətdə qeyd olunub.
Bildirilib ki, Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər: "Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edir ki, Operativ Qərargahın qərarına əsasən bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcəkdir. QMİ-nin yerlərdəki qazı, səlahiyyətli nümayəndə və imamları bu tövsiyələri dindarlara çatdırmalıdırlar".
"İnsan sağlamlığının qorunması Uca Allahın istəyidir və bununla bağlı hər birimizin üzərinə həm özümüz, həm də yaxınlarımızın sağlamlığı ilə bağlı böyük məsuliyyət və dövlətimizin bu istiqamətdə tədbirlərinin səmərəliliyinin təmini baxımından ictimai vəzifə düşür. QMİ Qazılar Şurası və səlahiyyətli nümayəndələri bildirir ki, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükəyə atmamaq hər bir dindarın borcudur. İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasından məsul, mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir. Bir yerdə yoluxucu xəstəlik olduğunu bilə-bilə oraya getmək insanın özünü təhlükəyə atması deməkdir. Deməli, belə bir xəstəlik ehtimalı olan yerlərdən uzaq durmaq lazımdır. Yoluxucu xəstəlik olan vəba haqqında Hz. Peyğəmbər belə buyurmuşdur: "Vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin. Əgər olduğunuz yerdə vəba görülərsə, siz də oradan kənara çıxmayın". Yoluxucu xəstəliklərin geniş yayıldığı şəraitdə yaşayan insanlar bu mövzuda ayıq olmalı, heç bir vəchlə öz həyatını təhlükəyə atmamalıdır. Çünki, həm gündəlik həyatımızdan, həm də tarixdən məlum olduğu kimi yoluxucu xəstəliklər məhz insanların etinasızlığı ucbatından sürətlə yayılmış və bəşəriyyətin bəlasına çevrilmişdir. Heç bir müsəlmanın özünü təhlükəyə atmağa ixtiyarı yoxdur. Çünki bizi yaradan Allah bu canı bizə əmanət olaraq vermişdir və əmanəti sahibinə qaytarana qədər onu qorumaq hər birimizin borcudur. Elə isə bu əmanəti qoruyaq və özümüzü təhlükəyə məruz qoymayaq. Qurani-Kərimdə buyurulduğu kimi: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə, 195)", - məlumatda bildirilib.(Report)

Oxşar xəbərlər

Bu gün Məhərrəm ayı başlayıb
Allahşükür Paşazadə din xadimləri ilə görüş keçirdi
Azərbaycanda din xadimi həbs edildi
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
Üç tanınmış inanclıdan Məhərrəmlik çağırışı: “Özünüzü təhlükəyə atmayın!!!”
Məhərrəmlikdə dini ayinlər necə yerinə yetiriləcək? - Hacı Şahindən açıqlama
QMİ Ramazan ayı ilə bağlı fitva verdi
Azərbaycanda məscidlər bu şərtlə açılsın - AÇIQLAMA
Məhərrəm ayının xüsusi bir qadağası yoxdur - Hacı Şahin
QMİ Həccə getmək istəyənlərin pulunu geri qaytarmayıb - Rəsmi
İnsanların bu il Aşura gününü evlərində keçirməyi məqsədəuyğundur - İlahiyyatçı
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət etdi
Azərbaycanda qadağalar geri qayıdır... — Bu iş yerləri bağlana bilər
TƏBİB: Məscidlər açılmayacaq
Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır
“Göz karandaşı və dodaq boyası koronaya yoluxdurur” - XƏBƏRDARLIQ
ÜST: Avropada hər gün 26 mindən çox yoluxma halı qeydə alınır
“Ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər” - Ədalət Muradov
Allahşükür Paşazadə Vyanadadır
Bu gün Aşuradır
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
ÜST məktəbləri təhlükə adlandırdı – Dərslər başlamayacaq?
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
“İnsanları hədsiz məhdudiyyətlə qapamaq olmaz” - Fazil Mustafa
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər - AÇIQLAMA
Şeyxin mühafizəçisinə ağır itki
SON DƏQİQƏ: Dərslər 14 günlük dayandırılacaq və... - Yoluxma artdı
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
Rayonlara gediş-gəliş açıldı; daha hansı qadağalar götürülə bilər - açıqlama