Kamran Əliyev Rusiya və Ermənistanın baş prokurorları ilə görüşdü
23-09-2021, 16:05
30

Kamran Əliyev Rusiya və Ermənistanın baş prokurorları ilə görüşdü

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclası çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında üçtərəfli görüş keçirilmişdir.
Görüşdə üçtərəfli formatın səmərəliliyi qeyd edilərək son 9 ay ərzində Qarabağda qanunun aliliyinin və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə tərəflərin gördüyü işlər müsbət dəyərləndirilmişdir. 
Qarabağda yerləşən Rusiya Sülhməramlı Qüvvələrinə təhkim olunmuş Baş Hərbi Prokurorluğunun nümayəndələri ilə əlaqəli şəkildə törədilmiş hüquqpozmalara dair məlumatların mübadiləsi, habelə həmin məlumatlar üzrə müvafiq tədbirlərin görülməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilmişdir.  
Kamran Əliyev 44 günlük Vətən müharibəsindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini qeyd etmişdir.
Mina xəritələrinin verilməsinin  insanların həyat və sağlamlığının qorunmasında  əhəmiyyəti diqqətə çatdırılmış və bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.
Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tam şəkildə riayət olunduğu bildirilmişdir.
Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycan və Ermənistandan olan həmkarlarına bölgə xalqlarının rifahı naminə sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlıq və səylərinə görə təşəkkür etmişdir.
Görüşdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir. 
Tərəflər gələcəkdə gərginliyə səbəb olan halların qarşısının alınması üçün əlaqələrin gücləndirilməsi ilə bağlı razılaşmanı bir daha dəstəkləmişlər.

Oxşar xəbərlər

Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan baş prokurorları bəyannamə imzaladı
Azərbaycanla Monqolustan arasında ilk siyasi məsləhətləşmələr - RƏSMİ
Moskvada üçtərəfli görüş: 10 noyabr Bəyanatı müzakirə olundu
2400-ə yaxın erməni sülhməramlılardan kömək istədi
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib - FOTO
Rusiya XİN-dən Qarabağa dair YENİ AÇIQLAMA
Ermənistanın müdafiə naziri Rusiya sülhməramlılarının komandanı ilə görüşdü
Rusiya Qarabağda daha bir hərbi hospital yaradır
İlham Əliyevdən Rusiya sülhməramlılarının fəaliyyətiylə bağlı AÇIQLAMA
Vətən müharibəsi şəhidinin nəşi ailəsinə təhvil verildi
Kamran Əliyev Qazaxıstana getdi - FOTOLAR
“Üçtərəfli bəyanatdan sonra ilk dəfə Qarabağda atəşkəs pozulub” - Rusiya MN
Hərbi helikopterin vurulması ilə bağlı cinayət işi açılıb
Ermənistanın xarici işlər naziri Lavrovla görüşdü
Daha bir hərbçimizin nəşi tapıldı
XİN rəhbərlərinin Moskva görüşü başa çatdı - YENİLƏNİB
Azərbaycan Ermənistana xəbərdarlıq etdi - Nə baş verir?
İtkin düşən 7 meyitin qalıqları Azərbaycana təhvil VERİLDİ
Rusiya MN-dən Kəlbəcərlə bağlı AÇIQLAMA
Ermənilər Rusiya prezidentinə yalvarır
Rusiya, Azərbaycan və Ermənistan liderləri danışıqların nəticələri ilə bağlı bəyanatla çıxış ediblər - CANLI
Paşinyan Moskvaya gedir
Daha iki hərbçimizin şəhid xəbəri gəldi
Ayvazyanla Lavrov Moskvada görüşəcək
Sülhməramlılar Şuşaya gedən avtomobil karvanını müşayiət etdi - VİDEO
Ağdamdakı birgə monitorinq mərkəzinin fəaliyyəti müzakirə edildi
Laçın SES-in bəndi Azərbaycanın nəzarətinə keçdi
“Ermənistan silahlıları Qarabağda yeni postlar qurur...” – Nə baş verir?
Rusiyanın sülhməramlı qüvvələri Qarabağda - Video
Rusiya və Ermənistanın Baş Qərargah rəisləri Moskvada görüşdü