Həbsdə olan deputatdan xəbər var
23-09-2021, 17:22
68

Həbsdə olan deputatdan xəbər var

Milli Məclisin həbsdə olan deputatı Eldəniz Səlimovun vəziyyəti yaxşıdır.
Bu barədə onun vəkili İlqar Əliyev məlumat verib. Vəkil ötən həftə Eldəniz Səlimovla görüşdüyünü bildirib:
“Bu həftə hələlik görüşməyə vaxtım olmayıb. Ötən həftə görüşmüşəm. Dedi ki, səhhəti normaldır və saxlanma şəraitindən razıdır”.
Son günlər cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma hallarının aşkarlanmasına gəlincə, vəkil Eldəniz Səlimovun belə bir problemlə üzləşmədiyini söyləyib: “Təcridxanada koronavirus yoxdur”.
Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib. Eldəniz Səlimov Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.
Mənbə: Modern.az

Oxşar xəbərlər

Eldəniz Səlimov 8 nəfərlik kamerada saxlanılır
Milli Məclis Eldəniz Səlimovun məsələsini müzakirə edir - YENİLƏNİB
Eldəniz Səlimov apellyasiya şikayəti verdi
Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi - YENİLƏNİB
Sahibə Qafarovadan polisi döyən deputatla bağlı SƏRƏNCAM
Bu gün Milli Məclisdə tək məsələ müzakirə olunacaq
Eldəniz Səlimov apellyasiya şikayətini geri götürdü - YENİLƏNİB
Milli Məclisdə Eldəniz Səlimovun məsələsi müzakirə olunur - YENİLƏNİB
İntizam komissiyası polisi döyən deputatla bağlı QƏRAR VERDİ- YENİLƏNİB
Milli Məclis: "Eldəniz Səlimova deputat maaşı veriləcək"
Milli Məclis bu tarixdə polisi döyən deputatın məsələsinə baxacaq
Bu gün Milli Məclis Eldəniz Səlimovun məsələsinə baxacaq
Məhkəmə Eldəniz Səlimovla bağlı qərar verdi - YENİLƏNİB
Millət vəkili Baş Prokurorluq tərəfindən SAXLANILDI
Eldəniz Səlimov Kürdəxanı təcridxanasına yerləşdirildi
Spikerdən Eldəniz Səlimovla bağlı AÇIQLAMA
Eldəniz Səlimovun Kiprə apardığı qazax qızı
ŞOK! Eldəniz Səlimov Milli Məclisin iclasından dərhal sonra HƏBS EDİLƏCƏK
Deputatın polisi döydüyü restoran satışa çıxarıldı
“Eldəniz Səlimov həbsxanada da deputat maaşı alacaq” – Keçmiş MSK üzvü
Eldəniz Səlimov məhkəməyə gətirilib - VİDEO
DİN-dən polisi döyən deputatla bağlı AÇIQLAMA
Eldəniz Səlimovun əmlakı müsadirə olunacaq
Eldəniz Səlimov YAP-dan çıxarıldı
Eldəniz Səlimovun qaranlıq keçmişi: Xanbabayev onu necə yetişdirib?
Eldar Həsənovun ayaqları tutulub
"İntizam komissiyasına Qüdrət Həsənquliyevlə bağlı məlumat daxil olarsa..." - Eldar İbrahimov
"Deputat olmaq böyük şərəfdir" - Sahibə Qafarova
ÜST-dən həyəcan təbili: Ötən həftə yoluxma artıb
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi