Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
24-09-2021, 10:00
41

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Münaqişə artıq keçmişdə qaldığından azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən ümumi müzakirələr zamanı videoformatda çıxışında deyib.
Dövlət başçısı bildirib: "Əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.
Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin".
İlham Əliyev qeyd edib ki, münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib:
"Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik".
Prezidentin sözlərinə görə, sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər:
"Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır".

Oxşar xəbərlər

İlham Əliyev azad olunmuş ərazilərdəki yenidənqurma işlərindən DANIŞDI
"Tərtər və digər şəhərlər artilleriya atəşinə məruz qalmışdır" - Dövlət başçısı
Qarabağda “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənəcək
İşğaldan azad olunan ərazilərdə bərpa işləri hansı şəhərdən başlayacaq? - AÇIQLAMA
İlham Əliyev ölkədə koronaviruslu xəstələrin müalicəsindən DANIŞDI
Sahibə Qafarova BMT nümayəndəsi ilə görüşdü
Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılacaq
İlham Əliyevdən Rusiya sülhməramlılarının fəaliyyətiylə bağlı AÇIQLAMA
İlham Əliyevdən işğaldan azad olunmuş ərazilərdəki tikililərlə bağlı FƏRMAN
Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər CƏZALANDIRILACAQ
Azad olunmuş şəhərlərin baş planları hazırlanıb - İlham Əliyev
"Azərbaycan-Ermənistan sərhədində bundan sonra da..." - Dövlət başçısı
İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək
Prezidentin BMT-dəki çıxışının TAM MƏTNİ
Azad olunmuş ərazilərdə abidələrin bərpasına nə vaxt baxılacaq?
Prezident Rəşad Nəbiyevə daha bir VƏZİFƏ VERDİ
Baş nazirdən işğaldan azad edilmiş ərazilərlə bağlı GÖSTƏRİŞ
Prezidentdən Ermənistanın zərər vurduğu obyektlərlə bağlı SƏRƏNCAM
Gələn il işğaldan azad olunmuş ərazilərin bərpasına nə qədər pul xərclənəcək?
Koreya şirkəti Qarabağda “ağıllı kənd“ tikəcək
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Prezidentdən gözlənilən SƏRƏNCAM - Qarabağda xidmət edən hərbçilərin maaşları artırıldı
Qarabağda yol tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ
"Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb" - Dövlət başçısı
Azad edilən ərazilərdə minaya düşərək ölən şəxslərin sayı AÇIQLANDI
İlham Əliyev dekabrda BMT-də çıxış edəcək - RƏSMİ
"ÜST Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb" - İlham Əliyev
“Bu, Prezidentin xarici siyasətinin növbəti parlaq qələbəsidir” - XİN
İlham Əliyev “Buzovna-1” yarımstansiyasının açılışında - FOTOLAR