Həbs edilən daxili işlər naziri general rütbəsindən məhrum edildi
24-09-2021, 10:06
43

Həbs edilən daxili işlər naziri general rütbəsindən məhrum edildi

11 il müddətinə azadlıqdan məhrum edilən Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsi ilə bağlı bəzi detallar məlum olub.
"Qafqazinfo" xəbər verir ki, sabiq nazir Ə.Əhmədovun həbsindən öncə iki ay istintaqdan gizlənib və axtarışa verilib.
Belə ki, onun barəsində 2020-ci il dekabrın 15-də həbs qətimkan tədbiri seçilib, lakin istintaqdan yayındığı üçün faktiki olaraq həbs edilməyib. O, 2021-ci il fevralın 25-də Bakıda saxlanılaraq həbs edilib. Əhməd Əhmədov Şərur rayonunun Tumaslı kəndində anadan olub, lakin vəzifədən çıxarıldıqdan sonra Bakıya köçərək Sabunçu rayonunda yaşamağa başlayıb.
Həmçinin, məhkəmənin hökmü ilə Ə.Əhmədovun “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib. Hökmün icrası üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.
Qeyd edək ki, Ə.Əhmədov 2000-2017-ci illərdə Naxçıvanda daxili işlər naziri olub.

Oxşar xəbərlər

Sabiq daxili işlər naziri həbs edildi
Sabiq daxili işlər nazirinə HÖKM OXUNDU
İki naxçıvanlı sabiq nazirin həbsinin gizlinləri - İLGİNC İDDİA
Rövşən Əkbərov həbs edildi
Seyfulla Əzimov general-leytenant oldu - SƏRƏNCAM
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Bu gün 70 yaşı tamam olan general təqaüdə göndəriləcək
Həbs olunan məmurun oğlu polis rəisidir
DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Prokuror Əli Kərimlinin mühafizəçisinə 15 il cəza istədi
Vilayət Eyvazov Balakişiyevi müstəntiq
Generalın şikayəti təmin edilməyib
Ermənistanın yeni müdafiə naziri kimdir? - DOSYE
Nazir Vidadi Muradovun oğluna yeni vəzifə verdi - YENİ TƏYİNATLAR
Alimpaşa Məmmədov 4 aylıq həbs edildi
Nazir kapitana yüksək vəzifə verdi
Ramiz Zeynalov vəzifəsindən azad edilməyib? - YENİLƏNİB
Nazir polkovnik-leytenanta vəzifə verdi
Təqaüdə olan DİN generalına yeni vəzifə verilib
Nazir Əli Həsənovun oğlunu işdən çıxardı
Mirqafar Seyidovun vəzifəsini o icra edəcək
Vilayət Eyvazov icra başçısı həbs edilən rayonun polis rəisini İŞDƏN ÇIXARDI
Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ
Daxili İşlər nazirindən daha bir təyinat - FOTO
Akif Çovdarov da əfv edildi
Karantin qaydalarını pozan 1100 nəfər həbs edildi
Mirqafar Seyidov işdən çıxarıldı
13 yaşlı qıza əxlaqsız hərəkət edən məmur HƏBS EDİLDİ
Nazir Niyaməddin Əliəhmədovu rəis müavini təyin etdi