Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb
24-09-2021, 10:30
44

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

“Bilirəm ki, Ermənistan tərəfinin mümkün müharibə ilə bağlı öz fəaliyyət planı var idi. Mahiyyət etibarı ilə Ermənistan 2020-ci il sentyabrın 27-də bu planın icracına başladı”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində “Dəmir yumruq” əks-hücum əməliyyatını şərh edərkən bildirib.
“Şübhəsiz ki, müharibə dövrü üçün fəaliyyətimizin əsası bu tarixdən xeyli əvvəl işlənib hazırlanmışdı, amma hərbi əməliyyatın gedişi zamanı ona müəyyən dəyişikliklər edirdik”, - Prezident deyib.
2020-ci il sentyabrın 27-si hadisələri ilə bağlı danışarkən ölkə başçısı hər gün Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə müşavirələr keçirdiyini bildirib:
“Bu müşavirələr zamanı ötən günə yekun vurur, çatışmazlıqları aşkar edir, həmçinin növbəti gün üçün planlar qurur və onları təsdiq edirdik. Bu səbəbdən, çox fəal gündəlik iş aparılırdı və bir çox hallarda, - hərbi əməliyyatların gedişi indi bəllidir, – bizim hərəkətlərimiz və əməliyyatlarımız düşmən üçün gözlənilməz olurdu”.
Azərbaycan Prezidenti əks-hücum əməliyyatına “Dəmir yumruq” adının verilməsi ilə bağlı da danışıb: “Təbii ki, hərbi əməliyyatların əvvəlində heç bir ad yox idi. “Dəmir yumruq” terminini mən Azərbaycan xalqına şəhərlərin və kəndlərin azad edilməsi barədə məlumat çatdırdığım müraciətlərimdə bir neçə dəfə “dəmir yumruq” terminindən istifadə etmişdim. Mən bir neçə dəfə demişdim ki, əgər düşmən torpaqlarımızı öz xoşu ilə tərk etməsə dəmir yumruqla başı əziləcək. Bu, ictimaiyyət tərəfindən müsbət qarşılandığından qərara gəldim ki, əməliyyatı “Dəmir yumruq” adlandırım. Lakin bu, dərhal yox, hərbi əməliyyatların müəyyən mərhələsində baş verdi”.

Oxşar xəbərlər

“Erməni yenə baş qaldırsa, dəmir yumruq onların belini qıracaq” - İlham Əliyev
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
"Dəmir yumruq yerindədir" - İlham Əliyevdən Ermənistana XƏBƏRDARLIQ
Hadrutda “Dəmir yumruq” abidəsi ucaldıldı - FOTOLAR
“Bu müharibə onun yanında yalan olacaq” – Əliyevdən xəbərdarlıq
Bu, ölümcül səhviydi - Köçəryan müharibədən danışdı
İkinci “Dəmir yumruq” rüşvətxor məmurların başına vurulacaq
Azərbaycan Ermənistana növbəti dəfə xəbərdarlıq edib - RƏSMİ AÇIQLAMA
“İlham Əliyev hərbi və siyasi qələbə qazandı” - İqor Korotçenko
"Ermənistanla sülh sazişimiz olmasa..." - Prezident
Baş nazirdən QƏRAR: müharibə iştirakçıları ilə bağlı komissiya yaradıldı
"Biz bir yumruq, bir ürək olmaqda qərarlıyıq" - Hulusi Akar
“Şuşaya dəmir yolu çəkiləcək” - İlham Əliyev
Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik edildi - FƏRMAN
"Məğlub olan düşmən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi" - Prezident
Ermənistan ordusunun 80 faizi məhv edilib - İlham Əliyev
Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı – Açıqlama
İlham Əliyev Türkiyəyə və Ərdoğana təşəkkür etdi
“44 günlük müharibədə Ermənistan ordusunda 10 min fərari olub”
Prezident ermənilərin Gəncəni ballistik raketlərlə atəşə tutmasından DANIŞDI
“Rusiya Ermənistanın xəyal belə edə bilmədiyi silahlar göndərib”
Xüsusi Təyinatlı Dəstənin komandiri danışır... - VİDEO
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı - Ermənistana XƏBƏRDARLIQ
“Artıq Ermənistan və Naxçıvandan Türkiyəyə ilk yükləri göndərə bilərik” - Prezident
“Sizin qatarınız getdi, amma özünüzü yaxşı aparsanız...” – İlham Əliyevin şərti
“Ermənistan yeni müharibəyə hazırlaşır, hər şeyi görürük” - İlham Əliyev
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı
"Tərtər və digər şəhərlər artilleriya atəşinə məruz qalmışdır" - Dövlət başçısı
"Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər" - Prezident
“Harop”larla iki saat ərzində ermənilərin 14 tankını məhv etdik” - Elçin Quliyev