Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
20-08-2020, 14:35
192

Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı

Baş Prokurorluq Kürdəmir Rayon İcra Hakmiyyətində (RİH) keçirilən əməliyyatla bağlı rəsmi açıqlama yayıb.
Qurumun Mətbuat xidmətindən daxil olan açıqlamada deyilir:
Ölkəmizdə həyata keçirilən çoxşaxəli və sistemli islahatlara mane ola biləcək korrupsiya və sair neqativ hallara qarşı mübarizə tədbirləri çərçivəsində prokurorluq orqanlarının qətiyyətli və ardıcıl tədbirləri davam etdirilir.
Həmin tədbirlərdən biri kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində baş vermiş qanun pozuntularına dair aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış istintaqla Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla və onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitlərini, eləcə də, dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Belə ki, istintaqla həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən 120 min manat, “Azbiyan” Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat məbləğində vəsaiti rüşvət qismində istəyərək almalarına əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilənlərə əsasən, 19 avqust 2020-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinin İnzibati binasında, habelə rayonun Suvarma sistemləri və Yaşıllaşdırma idarələrində, Kommunal Müəssisələri Kombinatında və Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində əməliyyat-istintaq tədbirləri keçirilmiş, görülmüş tədbirlər nəticəsində həmin şəxslər tutularaq, Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda Kürdəmir rayon icra hakimiyyətinin tabeliyindəki qurumlarda və rayon ərazisində fəaliyyət göstərən digər qurumların fəaliyyətində yol verilmiş qanun pozuntularının araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. İş üzrə təqsirləndirilən şəxslərin dairəsinin dəqiq müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilmələri və istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcək.

Oxşar xəbərlər

Saxlanılan icra başçısının ittihamları məlum oldu
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
Daha bir icra hakimiyyətində əməliyyat keçirilir - Həbslər var
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Kürdəmirin İcra Hakimiyyətindəki əməliyyatın görüntüləri - Video
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
Vidadi Zeynalovla Ceyhun Cəfərovun planı Bakı ŞİH-də bəzilərini təşvişə salıb
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Kürdəmirin icra başçısı məktəblərdən 120 min alıbmış
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Başçı ilə müavini Daşkəsəndə yolkəsənlik edir...
Bələdiyyə sədrinə cinayət işi açıldı
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Prezident Kürdəmirin icra başçısını vəzifədən uzaqlaşdırdı
İcra başçısı həbs olunan rayonda YENİ TƏYİNAT
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Daha bir məmur üçün YOLUN SONU: - Prezidentin danladığı icra başçısı işdən çıxarılır?