AZAL vətəndaşların pullarını niyə qaytarmır?
20-08-2020, 14:49
209

AZAL vətəndaşların pullarını niyə qaytarmır?

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) və onun törəmə strukturu “Buta Airways” şirkətinin koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ləğv olunmuş reyslərinə bilet alanlar hələ də pulunu geri götürə bilməyib.
PİA.az-ın məlumata görə, aviaşirkət vətəndaşların pullarını qaytarmaqdan imtina edir, müştərilərə yalnız aviabiletlərin ödənişsiz qaydada yenidən təxsis edilməsini və yaxud aviabiletlərin dəyəri qədər vauçerlərlərin verilməsini təklif edir.
İnsanlar narazıdır
AZAL-ın geri ödənişdən imtina etməsi insanların narazılığına səbəb olub. Artıq bu narazılığı sosial şəbəkələrdə hiss etmək mümkündür. Məsələn, Rüstəm Rüstəmov adlı, soyadlı bir şəxs yazır: “Martın 18-nə Bakı-Moskva aviareysi üçün 3 ədəd bilet almışdım və 28 min rubl (700 manat) pul ödəmişdim. Artıq 5 aydır ki, AZAL mənim pulumu geri qaytarmır. Buna nə ad vermək olar? Artıq 3-cü gündür ki, yazdığım ismarıcı da cavablandırmırlar. Zəng etdim, 34 dəqiqə ərzində zəngimə cavab verən olmadı. Belə çıxır ki, AZAL “Ölən dirilmir” prinsipi ilə işləyir”

Aviaşirkət dövlət dəstəyi alıb
Maraqlıdır ki, AZAL-dan fərqli olaraq əksər xarici aviaşirkətlər biletllərin pullarını geri qaytarıblar. Məsələn, Macarıstanın “WizzAir” şirkəti Azərbaycan vətəndaşlarına Bakıdan və Gürcüstanın Kutaisi şəhərindən uçuş üçün aldıqları biletlərə görə çoxdan geriyə ödəniş edib. AZAL isə oxşar addımı atmağa həvəsli görünmür. Baxmayaraq ki, aviaşirkət bir qədər əvvəl koronavirusla mübarizə tədbirləri çərçivəsində dövlətdən 86,9 milyon manat məbləğində dəstək alıb.
“Bu, istehlakçı hüququnun pozulmasıdır”
Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova AZAL-ın vətəndaşların pullarını qaytarmamasını istehlakçı hüququnun pozulması hesab edir: “Bu, istehlakçılarının hüquqlarının kobud şəkildə pozulmasıdır. Aviaşirkət vətəndaşlarının pullarını mütləq geri qaytarmalıdır. Çox təəssüf ki, Azərbaycanda beynəlxalq sənədləri ortaya qoyaraq AZAL-ı “yerində otuzduracaq” peşəlar hüquqşünaslar yoxdur. Bununla belə, insanları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və yaxud bizə ərizə ilə müraciət etməyə çağırıram”.
 
AZAL nə deyir?
“Report” məsələ ilə bağlı AZAL-ın da mövqeyini öyrənib. Aviaşirkətin prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, pandemiya ilə bağlı pandemiya ilə bağlı aviaşirkətə göstərilmiş maliyyə yardımında aviabiletlərin dəyərinin geri qaytarılması üçün xərcləri nəzərə alınmayıb: "Bununla belə, oktyabrın 25-nə qədər əldə edilmiş aviabiletlərin ödənişsiz yenidən təxsis edilməsi imkanı təqdim edirik. Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən 2 il ərzində istifadə etmək mümkündür. Vauçer AZAL-ın və “Buta Airways”in bütün istiqamətlərində etibarlıdır. Sərnişin bu şərtlərlə razılaşmadığı təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini növbəli şəkildə qaytarmağa hazırdır".

Oxşar xəbərlər

Bakıdan Naxçıvana yalnız bu şəxslər uça bilər - Qaydalar açıqlandı
298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı
Xaricə uçanların nəzərinə - AZAL qaydalara dəyişiklik etdi
"AccessBank" bağlanır?
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
“Aeroportun idarə edilməsi AZAL-dan ayrılmalıdır” - Ekspert
QMİ Həccə getmək istəyənlərin pulunu geri qaytarmayıb - Rəsmi
Tbilisi-İstanbul uçuşları bərpa edilir
AZAL-da təmizləmə əməliyyatı başladı
Yay səyahəti üçün alınmış tur paketləri qaytarmağa tələsməyin - VİDEO
Əsgərovalara məxsus sığorta şirkəti növbədənkənar yığıncaq elan etdi
“Camaatın ailəsi dağılır”, “Rəhmətə gedən oldu, toy qaldı”, “100 ofisiant işsiz qalıb”
Vahid Ələkbərovun oğlu ehtiyacı olan ailələrə 10 milyon rubl ayırdı
Karantin rejimi sentyabrın 1-dən ləğv edilir? (VİDEO)
“Real” atasına və agentinə görə Holandı almaqdan imtina etdi
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı (SİYAHI)
Səfər Mehdiyev deputata savaş açır..
Əlavə pul ödəmədən “biznes klass”da necə uçmaq olar?
Əhali pulunu banklardan çəkir - TƏHLÜKƏ
52 min nəfərə ŞAD XƏBƏR - Əmanətləriniz geri qaytarılacaq
Azərbaycan vətəndaşları xaricə necə gedə bilər? - RƏSMİ CAVAB
Koronavirusdan sonrakı qorxu: - "İnsanlar toy, yas məclislərindən uzaq qalacaqlar"
Sietl merindən Trampa sərt cavab: “Bunkerə geri qayıt”
Sahil Babayev kimlərin sosial müdafiəsini təşkil edir? - Şok detallar
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi - GİLEY
Heydər Əliyev Aeroportu nüfuzlu mükafata layiq görüldü - FOTO
“İnsanları hədsiz məhdudiyyətlə qapamaq olmaz” - Fazil Mustafa
Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?
Xırdalanda internet niyə yoxdur? - KARANTIN GÜNLƏRİNİN "KORONAVİRUSLARI"