Avtomobilin yük yerindən istehlaka yararsız 120 kiloqram ət aşkar olundu - FOTO
24-09-2021, 17:09
34

Avtomobilin yük yerindən istehlaka yararsız 120 kiloqram ət aşkar olundu - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə aparılan reyd zamanı İmişli rayonu ərazisində yaşayan vətəndaş İbrahimov Bəxtiyar Hacıəhməd oğluna məxsus 30-BJ-945 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilib.
AQTA-dan verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kiloqram iribuynuzlu heyvana məxsus ət aşkarlanıb.
Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
 Təyin olunan müvafiq ekspertizalarla aşkar olunan ətin istehlak üçün tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması öz təsdiqini tapıb.
Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 120 kq ət məhv edilib, araşdırmalar davam etdirilir.
 
 

Oxşar xəbərlər

Qanunsuz fəaliyyət göstərən heyvan kəsim məntəqəsində at əti satışının qarşısı alınıb
İrandan Azərbaycana idxal edilən duz yararsız çıxdı
Bərdədən Bakıya yararsız ət gətirmək istədi
"Veysəloğlu”nun idxal etdiyi toyuq qiyməsi yararsız çıxdı
Yararsız kolbasa və sosiska məhsulları aşkar edildi
"Roshen" karamelinin istehlak üçün yararsız olduğu aşkarlandı
Abşeronda kolbasa və sosiska sexinin fəaliyyəti dayandırıldı
Bu apteklə bağlı  akt tərtib edildi
“Al Market”in Azərbaycana gətirdiyi ədviyyatda kif göbələyi aşkarlandı
Rusiyadan gətirilən toyuq dərisi məhsulunda salmonella aşkarlanıb
İrandan gətirilən xurma yararsız çıxdı
Rusiyaya ixrac olunan ədviyyat məhsullarında bakteriya aşkarlandı
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar - 20 kq pendir məhsulu məhv edildi
Bakıda qanunsuz işləyən kafe aşkarlandı
Süd və saçaqlı pendir hazırlanan müəssisələrdə xoşagəlməz mənzərə - FOTOLAR
Bakıda qanunsuz işləyən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR
Yevlax bazarında nehrə yağı adı ilə bitki yağları satılır - FOTO
Yenə yararsız at satışı - Qarşısı alındı
İrandan gətirilən halva yararsız çıxdı
Süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkar olundu - FOTO
İrandan gətirilən bu məhsul yararsız çıxdı
İspaniyadan Azərbaycana gətirilən pomidor toxumunda virus aşkarlandı
Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
“Sultan”, “Öz Kardeşler” və "Fayton" restoranı cərimələndi
AQTA 8 xəstəxanada nöqsan aşkarlandı
Göyçayda qanunsuz işləyən kafe aşkarlandı - FOTO
“Mərkəz Lahmacun” restoranı nöqsanlara görə bağlandı
“Həftə” bazarında qanunsuz ət satışı dayandırıldı
Qanunsuz işləyən qənnadı müəssisəsi aşkarlandı