Nazirin NƏZƏRİNƏ: Zaqatala təhsil şöbəsinin müdiri saxtakarlıq edir... - İTTİHAM
24-09-2021, 18:17
55

Nazirin NƏZƏRİNƏ: Zaqatala təhsil şöbəsinin müdiri saxtakarlıq edir... - İTTİHAM

Zaqatalada baş verən qanunsuzluqları ifşa edən video görüntülər və bizim YouTube kanalımızda etdiyimiz tənqidi fikirlərimizdən dərhal sonra rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov Muxax 1 saylı məktəbin bütün müəllimlərini rayon təhsil şöbəsinə çağıraraq onlara ərizə yazdırıb Ərizədə göstərilib ki,Muxax 1 saylı məktəbin direktoru Ədalət Novruzova müəllim kollektivindən heç vaxt pul yığmayıb və Zaqatala təhsilində ümumiyyətlə, rüşvət faktoru yoxdur.
Mənbə qeyd edir ki, bu deyilənlər dünən 23 sentyabr 2021 ci il tarixində həyata keçirilib.
Ümumiyyətlə,son vaxtlar Zaqatala rayonu barəsində xeyli xoşagəlməz məlumatlar gəlməkdə davam edir.Rayonda məmur özbaşınalığı, rüşvət halları, bürokratik əngəllərlə müşayiət olunan süründürməçilik və sair barədə şikayətçilər bildirirlər.Bütün baş verənlərə isə icra başçısı Mübariz Əhmədzadə sanki görmürmüş kimi susur.Odur ki,rayonda məmur özbaşınalığı tüğyan edir, insanlar kütləvi şəkildə mərkəzi hakimiyyət orqanlarının fəaliyyətindən narazı salınır
Bir daha qeyd etmək istəyirik ki, Zaqatala rayon təhsil şöbəsi və Muxax 1 saylı tam orta məktəbdən əldə etdiyimiz məlumatları ictimaiyyətə təqdim etmişik və hesab edirik ki, Zaqatala təhsil sahəsində ciddi problemlər var, rüşvət halları geniş şəkildə davam edir.Eyni zamanda bu məsələdən həm təhsil şöbəsinin müdiri Habil Qurbanovun həm də icra hakimiyyətinin başçısı hörmətli Mübariz Əhmədzadənin xəbəri var.Çünki adı çəkilən məktəbdə sübut kimi səs yazısı var və yenidən həmin audio faktı ictimaiyyətə təqdim edirik.
Biabırçı hal bundan ibarətdir ki, adıçəkilən rəsmilər səhvlərini düzəltmək əvəzinə YouTube kanalımıza söyüş, təhqiredici ifadələr yazmaqla məşğul olurlar.Bu şərhləri yazanlar direktor Ədalət Novruzovanın iki qızı,qardaşları,qardaşları uşaqları,ən yaxın çevrəsinə daxil olan adamlar və məktəbin bir neçə beş-altı nəfər müəllimidir.Bu göstərişi onlara təhsil şöbəsinin müdiri Habil Qurbanov verib.
Biz Muxax 1 saylı tam orta məktəbdə baş verən digər qanunsuz əməlləri tezliklə yenidən ictimaiyyətə təqdim edəcəyik.Hələki mövzuda əks olunan audio yazını yəni məktəbin direktor müavini olan xanım müəllimənin digər müəllimədən pul tələb etməsi faktını yenidən ictimaiyyətə təqdim edirik.
Redaksiyadan: Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Videoları bəyənin, paylaşın və kanalımıza abunə olmağı unutmayın.
//azinfo.tv//






Oxşar xəbərlər

Zaqatalada OLAY: - sabiq məmur intihar edib
Zaqatalada yük və minik maşınları toqquşub, xəsarət alan var
Zaqatalada COVID-19-u “məhv edən” icra başçısı koronavirusa yoluxdu - VİDEO
Təhsil Şöbəsinə yeni müdir təyin olundu
Kəlbəcər Təhsil Şöbəsinin müdiri: - " məni direktor maraqlandırmır, mən özümü təmizə çıxarmaq üçün yalandan təkzib verdirmişəm"
Təhsil şöbəsinin müdiri və üç direktor işdən AZAD EDİLDİ
Zaqatala rayon icra hakimiyyətində BİABIRÇILIQ - İDDİA
Zaqatalada baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO
Zaqatala bir MMC-nin ümidinə qalıb? - Tender
Siyəzənin halına dəsmal götürüb AĞLAYAN LAZIMDIR... - Rayon xaraba günə qalıb...
Əhmədzadənin tender oyunları  - Zaqatala bir MMC-nin ümidinə qalıb?
Qərənfil Əhmədova məsüliyyətdən yayına biləcəkmi?
Bu cür məmurları azad edilmiş Kəlbəcərimizə yaxın buraxmaq olmaz... - İTTİHAM
Ağdaş təhsilində NƏ BAŞ VERİR? - Nazirə müraciət olundu
Zaqatalada iribuynuzlu mal-qara güllələnib - Foto
Direktorun rüşvət aldığı adamlar – ADBAAD
Cəlilabadda təhsil adına heç nə yoxdur... - İDDİA
Gəncə təhsilində nələr baş verir? - GİLEY
Təhsil şöbəsi müdirinin şok səs yazısı. Özü özünü işfa etdi! ( video səs )
Təhsil Şöbəsinin müdiri karantin qaydalarını pozdu
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Xırdalan 8 nömrəli məktəbin direktoru Xatirə Şabanova Abşeron Təhsil şöbəsinə müdir təyin olunub?-Araşdırma
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
Məktəb direktoru və müavinləri cəzalandırıldılar
Gəncədə əməkdar müəllimlərə qarşı hörmətsizlik
Kəlbəcər rayonu 2 saylı orta məktəbdə rüşvət yığımı – VİDEO
Ağdamda 10 məktəb koronavirusa görə bağlandı
İsmayıllıda məmur özbaşınalığı PİK HƏDDƏ ÇATIB... - NARAZILIQ!
Lerik təhsilində vəzifə bölgüsü və yaxud qohumbazlıq? – VİDEO