Ramin Bayramlı yenidən VƏZİFƏYƏ GƏTİRİLİR? - İDDİA
25-09-2021, 11:26
95

Ramin Bayramlı yenidən VƏZİFƏYƏ GƏTİRİLİR? - İDDİA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin keçmiş sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Səhiyyə Nazirliyində mühüm post tuta bilər.

“24 saat” xəbər verir ki, əslində, Ramin Bayramlının istefasının arxasında onunla bağlı yeni təyinat dayanır. Onun Azərbaycan Tibb Universitetindəki (ATU) vəzifəsindən istefa verməsi də bununla bağlıdır.

Məlumat üçün deyək ki, bu ayın əvvəlində TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən istefa verən R. Bayramlı sentyabrın 24-də ATU-dakı işindən ayrılıb. Xəbər rəsmi şəkildə təsdiqini tapıb. ATU-nun mətbuat katibi Günel Aslanova bildirib ki, cənab Bayramlının ATU ilə bağladığı müqavilənin müddəti başa çatıb: “Ramin Bayramlı Azərbaycan Tibb Universitetində əvəzçilik müqaviləsi əsasında çalışırdı. Yeni müqavilə üçün müraciət etməyib. Hazırda bizim işçimiz deyil”.

Ramin Bayramlı ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində işləyib. Onun Səhiyyə Nazirliyində yüksək post tutacağı barədə məlumatlarda bildirilir ki, bu təyinat yaxın vaxtlarda reallaşacaq.

Qeyd etdiyimiz kimi, Ramin Bayramlının nazir müavini vəzifəsinə təyin ediləcəyi iddia edilir. Bu təyinatdan sonra nəhayət ölkənin Səhiyyə naziri də bəlli olacaq.

Qeyd edək ki, aprel ayından etibarən Səhiyyə naziri vəzifəsi boşdur.

24saat.org

Oxşar xəbərlər

Ramin Bayramlı bu vəzifəsindən də AYRILDI
Ramin Bayramlı istefa verdi
Ramin Bayramlı və Zaur Əliyev COVID-19 peyvəndinin ikinci dozasını vurdurdu
Sədr Ramin Bayramlı və müşavirinin istefa ərizəsini TƏSDİQLƏDİ
Ramin Bayramlıya vurulan koronavirus peyvəndi deyil - TƏBİB-dən AÇIQLAMA
Ramin Bayramlının səlahiyyətləri departament rəhbərinə verildi  - Rəsmi
Hesablama Palatası Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparıb
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu - FOTO
“Əhalinin 20 faizinə peyvənd vurulması yetərlidir” - Ramin Bayramlı
Xanım həkim Ramin Bayramlını məhkəməyə verdi - FOTO
Ramin Bayramlının müşaviri də İSTEFA VERDİ - FOTO
Ölkədə birinci bu şəxslər vaksinasiya ediləcək
Ramin Bayramlıdan etiraf: “Bəzi həkimlər özlərindən müalicə yazırlar”
Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO
Azərbaycanda vaksin ilk öncə onlara VURULACAQ
Ramin Bayramlı onu baş həkim TƏYİN ETDİ
TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ
Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - RƏSMİ AÇIQLAMA
"Kifayət qədər vaksin ehtiyatımız var" - Ramin Bayramlı
Vaksin vurulan şəxs koronavirusa yoluxa bilər? - TƏBİB sədri AÇIQLADI
Ramin Bayramlı pandemiyanın başa çatacağı tarixi AÇIQLADI
“Bir xəstəni xilas etmək üçün 5-6 həkim həyatını təhlükəyə atır“ - TƏBİB sədri
Ramin Bayramlı tibb işçilərinin vaksinasiyasından DANIŞDI
Nə vaxtadək maska taxacağıq? - TƏBİB-dən AÇIQLAMA
Regionlarda karantin təkrar sərtləşdirilir?
Ramin Bayramlıdan yeni təyinat
TƏBİB-in sədr əvəzi kollektivə təqdim edildi
Vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə! - DİQQƏT
Azərbaycana bu vaksinlərdən gətirilə bilər - ADLAR
Peyvəndləmənin başlayacağı vaxt açıqlandı