Hicri-qəməri təqvimi ilə səfər ayının 20-si, dünya müsəlmanlarının üçüncü imamı Həzrət İmam Hüseynin (ə) şəhid edilməsinin 40-cı gününə təsadüf edir.
Müsəlmanlar məhərrəm ayının ilk 10 günü və Ərbəin gününü xüsusi əzadarlıq günləri kimi qeyd edirlər. Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixi Aşura hadisəsinin baş verdiyi hicri 61-ci ili ilə bağlıdır. 
Hər il müsəlmanlar Ərbəin günündə Nəcəfdən Kərbalaya 80 km yolu piyada qət edərək, İmam Hüseyni  və onun Əhli-beytinin gördüyü məşəqqətləri anırlar.
Qeyd edək ki, ötən ilki kimi bu ildə də Ərbəin mərasimi başqa ictimai ayinlər kimi koronavirus pandemiyasına görə məhdudiyyətlər tətbiq edilməklə keçirilir. Bu il Ərbəin ziyarətində İraq əhalisindən əlavə təqribən 150 min civarında xarici zəvvarın, o cümlədən 50 min iranlı və 700 azərbaycanlı zəvvarın qatıldığı qeyd olunub.