Bu sahədə Ermənistanla əməkdaşlığa hazırıq... - Deputat
27-09-2021, 15:34
91

Bu sahədə Ermənistanla əməkdaşlığa hazırıq... - Deputat

"Ötən bir il ərzində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Azərbaycan üçün dünya birliyinin də qəbul etdiyi yeni tarixi reallıqlar yaranıb. Azərbaycanın tarixi qələbəsi həm də ona gətirib çıxarıb ki, ölkəmizə qarşı dayanan beynəlxalq güclər də artıq bu reallıqla barışmalı olublar”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsindən keçən bir ili dəyərləndirərkən deyib.

Deputat bildirir ki, qarşıda duran ən mühüm vəzifə işğaldan azad edilmiş ərazilərimizin bərpası məsələsidir:

"Keçən ilin dekabrın 2-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 27 sentyabr gününü Anım Günü elan etdi. Bu günlə bağlı Prezidentin Azərbaycan xalqına müraciəti oldu. Bu müraciətdə dövlət başçısı bir illik tarixi dövrə qiymət verdi. Xüsusilə vurğuladı ki, Azərbaycanın müzəffər Ordusu və qalib xalqımız yeni tarixi reallıq yaratdı. 44 günlük müharibənin ən mühüm nəticəsi erməni faşizmi üzərində tarixi qələbənin əldə edilməsidir. Tam qələbə qazanaraq, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik. Qarşımızda növbəti vəzifə dayanıb. İşğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı tarixi missiya. Bu istiqamətdə də ciddi işlər gedir. Qarabağın bərpası işlərinə bir il üçün 2,2 milyard manat vəsait ayrılıb. Füzuli Hava Limanı artıq işə salınıb. Bir sözlə, bölgədə böyük infrastruktur layihələri həyata keçirilir. Habelə insanların tarixi Vətənlərinə qayıdışı istiqamətində ciddi işlər görülür”. 
E. Nəsirov qeyd edir ki, indiki məqamda qarşıda dayanan əsas məsələlərdən biri bütün qüvvələri sərəfbər edib torpaqlarımızın tam şəkildə işğaldan azad olunması məqsədinə nail olmaqdır. Bu istiqamətdə konkret nəticələrə hesablanan ciddi işlər gedir:

"Qarşıda postmüharibə dövrünün həllini gözləyən məsələlər var. Bununla bağlı Azərbaycan prinsipial və qətiyyətli mövqeyə malikdir. Bu sahədə Ermənistanla əməkdaşlığa hazırıq. Amma təssüf ki, hələlik İrəvan tərəfdən müsbət impuls yoxdur. Böyük sülh müqaviləsinin imzalanmasını istəyirik. O sülh müqaviləsini ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını tanısın. İqtisadi əlaqələr və kommunikasiyalar bərpa olunmalı, Zəngəzur dəhlizi işə salınmalıdır. İrəvan hələlik buna adekvat cavab verməyib. Amma başqa yolları da yoxdur. Paşinyan hökuməti açıq və gizli şəkildə müəyyən mesajlar verib. Türkiyə ilə əlaqələrin bərpasından danışıb. Ermənistan psixoloji təzyiq altındadır. Onların regionda sülh və təhlükəsizliyin təminatına getməkdən başqa çıxış yolları yoxdur. İrəvanın bundan başqa alternativ yolu yoxdur. Alternativ yol üçüncü Qarabağ savaşıdır ki, bu isə Ermənistanın sonunun başlanğıcı olardı”.

Oxşar xəbərlər

Elman Nəsirov: Azərbaycan dünyada mövqeləri güclü olan dövlətdir
"Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir" - İlham Əliyev
"Qələbəmiz dövlətimizin gücünü nümayiş etdirdi" - İlham Əliyev
Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik - İlham Əliyev
Füzuli nəqliyyat qovşağına çevriləcək
İlham Əliyev nazirləri topladı: Yeni tapşırıqlar
Avropa İttifaqı Şurasının Prezidenti “Dağlıq Qarabağ” ifadəsindən nə üçün istifadə etmədi? – Deputat səbəbini AÇIQLADI
"Bu zəfər Azərbaycanda uyuyan türk şəhidlərinin ruhunu şad edir" - İlham Əliyev
“Prezidentin rəhbərliyi altında Azərbaycan diplomatiyası dövlətimizin mövqelərini kifayət qədər gücləndirib” - RƏY
"Pakistan ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlarına qoşulacaq" - Ali Baş Komandan
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi - SƏRƏNCAM
“Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu” - Ali Baş Komandan
Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır - İlham Əliyev
“Övladlarımız əlbəyaxa döyüşlə Şuşada bayraq qaldırdı” - Ali Baş Komandan
Tarix İnstitutunun yeni rəhbəri 7 şöbəni ləğv etdi
"Xocalı qatillərinin məhv edilməsi ilahi və tarixi ədalətin bərpasıdır"
AMEA-da 8 şöbə ləğv olunur - SƏBƏB
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
"Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb" - Dövlət başçısı
"Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında təmin edib" - Prezident
"8 noyabr zəfəri həm də bütün türk dünyasının zəfəridir" - deputat
Azərbaycan Kəşmir məsələsində Pakistanı dəstəklədi
“Şuşa uğrunda döyüşlər zamanı separatçı Araik Arutunyan...” - Prezidentin köməkçisi
Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
"Biz mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik" - İlham Əliyev
Tarixçi alim: “Əgər Ermənistan bəyanata sadiq qalmasa...”
“Hər şey məhv olub” – İlham Əliyev
Milli Məclis deputata TÖHMƏT VERDİ
Ağdam şəhərinin gerbi hazırlanacaq
“Məğlubedilməz” erməni ordusu mifi darmadağın oldu - deputat