Daşkəsəndə Anım Günü qeyd olunub
27-09-2021, 15:47
51

Daşkəsəndə Anım Günü qeyd olunub

Sentyabrın 27-də Daşkəsəndə Anım Günü münasibətilə rayonun 4500-dən çox sakini Daşkəsən rayon Şəhidlər xiyabanını ziyarət edib.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub.
Əhəd Abıyev ümumrayon tədbirində çıxış edib: 
- Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətənimiz uğrunda  Müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq sentyabrın 27-sini Anım Günü kimi Azərbaycanın bütün ərazi bölgələrində, şəhər və rayonlarında, o cümlədən Daşkəsən rayonunda da  qeyd edilir. 
Bu Anım Günündə Şəhidlərimizin ruhuna dualar oxunur, onların əziz xatirəsi yad edilir. 
Cəmi 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu ordunu darmadağın edərək, böyük tarixi qələbəyə nail oldu.
Artıq Qarabağ Azərbaycan xalqı üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, fədakar qalib ordumuzun əsgər və zabitlərinə, qazilərimizə, bütün şəhidlərimizə daşkəsənlilər adından sonsuz minnətdarlığımızı ehtiramla bildiririk. 
Bu gün Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı nümunə olmaqla, şəhidlərimizin xatirəsi xalqımız üçün daima əzizdir.
Vətən Müharibəsində Daşkəsən rayonundan da yüzlərlə gənc könüllü olaraq ordu sıralarına qoşulmuş, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq dastanı yazmışlar. Onlardan 32 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. 
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.
Vətən övladları şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! 
Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!
Sonra rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri və sakinlər qəmli musiqi sədaları altında şəhid məzarlarına güllər düzüblər.
Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. 
Anım Günündə şəhid ailələrinin üzvləri, qazi və Vətən Müharibəsi iştirakçıları hüquq-mühafizə orqanları ilə birgə rayonun Şəhidlər xiyabanı ərazisində şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçiriblər. Əhəd Abıyev əkilmiş 500-dən çox ağaca mütəmadi qulluq göstərilməsi üçün tapşırıqlarını verib.
Daha sonra Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri  ilə Vətən Müharibəsi şəhidi Ələsgərov Pərviz Lətif oğlunun doğum gününü yad etmək üçün Mədənçilər qəsəbəsində şəhidin valideynlərinin yaşadığı evdə olublar. Əhəd Abıyev şəhidin valideynləri ilə söhbət edib, Pərviz Ələsgərovun döyüş yolundan söhbət açıb. Həmçinin rayon rəhbəri şəhid ailələri və qazilərlə bağlı Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın ardıcıl mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Şəhid atası Lətif Ələsgərov, anası Aybəniz Ələsgərova ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Anım Günündə Əhəd Abıyev Xoşbulaq kənd qəbiristanlığında Vətən Müharibəsi şəhidi Bağırov Eşqin Rafiq oğlunun məzarını ziyarət edib, ailə üzvləri ilə görüşüb.
Sonra Əhəd Abıyev Qazaxyolçular kəndinə gələrək Vətən Müharibəsi şəhidi Cabbarov Muraz İlham oğlunun xatirəsinə inşa olunan bulağın tikinti işləri ilə maraqlanıb, lazımi köməklik göstərib.  
Anım Günündə rayon İcra hakimiyyətinin məsul əməkdaşları Gəncə şəhər Şəhidlər xiyabanda daşkəsənli şəhid məzarlarını ziyarət ediblər.    
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar 
məsələlər şöbəsinin müdir müavini



Oxşar xəbərlər

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq
Daşkəsəndə Silahlı Qüvvələr Günü qeyd olunub
Daşkəsəndə şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarına medalları təqdim edilib
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir
Daşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilib
Prezident Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
Daşkəsəndə Vətən müharibəsi şəhidi Elməddin Vəkilov dəfn edildi — FOTOLAR
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇLARI, QAZİLƏRLƏ GÖRÜŞÜB
DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ İNŞA EDİLƏN BULAĞININ AÇILIŞI OLUB
Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
Bu gün saat 12-də şəhidlərin xatirəsi anılacaq
DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı - VİDEO
Sahibə Qafarovadan Anım Günü ilə bağlı PAYLAŞIM
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
Heydər məscidində şəhidlərin xatirəsi anıldı
Vətəndaşlar Anım günündə Fəxri Xiyabana axışdı - FOTOLAR
Əhəd Abıyevdən həbs xəbəri ilə bağlı AÇIQLAMA
Hər il Zəfər Günü iş olmayacaq - VİDEO
Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu
Zəfər günü rəsmən bayram siyahısına DAXİL EDİLDİ
Bu gün Vətən müharibəsi şəhidi Xəqani Məmmədovun cənnətdəki ilk doğum günüdür
İlham Əliyevlə xanımı Şəhidlər Xiyabanında
8 noyabr qeyri-iş günü olacaq
Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi qeyd ediləcək
Mən hal –hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olaraq öz iş otağımdayam
Mikayıl Cabbaorv Daşkəsənə gedib - FOTO
Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO
ICESCO-nun Baş direktoru Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
İlham Əliyevdən məcburi köçkünlərin qayıdışı ilə bağlı AÇIQLAMA
Xudavəng məbədində şəhidlərin ruhuna dualar oxundu