"Həyat yoldaşımla bir daha fəxr etdim, qürur duydum"
27-09-2021, 23:24
37

"Həyat yoldaşımla bir daha fəxr etdim, qürur duydum"

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilən yürüşdə həyat yoldaşımın fotosunu daşıdığını görəndə çox sevindim və təsirləndim.
"Trend"ə istinadla xəbər verir ki, bunu şəhid Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimli deyib.
O, hislərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini söylədi: "Bu, mənim üçün heç vaxt unuda bilməyəcəyim bir an idi. Həyat yoldaşımla bir daha fəxr etdim, qürur duydum.
Bu gün şəhidlərin anım günüdür. Uca Allahdan onlara rəhmət diləyirəm. Eyni zamanda, böyük qələbəyə aparan Vətən müharibəsinin başlandığı gündür. Tarixi qələbəmizlə qürur duyuram".
Qeyd edək ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Tədbir zamanı Prezident İlham Əliyevin əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz İbrahimli Adil Asəm oğludur.
Müdafiə Nazirliyinin hərbi hissəsinin zabiti, baş leytenant Adil İbrahimli 2020-ci il noyabrın 7-də Xocavənd rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı həlak olub. O, Şuşa istiqamətində aparılmış döyüş əməliyyatlarında xüsusi tapşırıqların yerinə yetirilməsində şəxsi igidlik göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Adil İbrahimlini “Vətən müharibəsi qəhrəmanı” adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edib.


Oxşar xəbərlər

Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu
Prezidentlə xanımının iştirakı ilə yürüş keçirildi - FOTOLAR
İlham Əliyevin fotosunu tutduğu şəhidimizlə bağlı daha bir maraqlı məqam
Prezidentlə xanımının iştirakı ilə yürüş keçirildi - FOTOLAR (YENİLƏNİB)
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir
Bu gün saat 12-də şəhidlərin xatirəsi anılacaq
İlham Əliyevdən məcburi köçkünlərin qayıdışı ilə bağlı AÇIQLAMA
Daşkəsəndə Anım Günü qeyd olunub
Şəhid xanımı yeni mənzillə təmin olundu
Sabah sükut olacaq – Prezidentdən qərar
DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ İNŞA EDİLƏN BULAĞININ AÇILIŞI OLUB
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Vətən müharibəsi iştirakçısı vəfat edib
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇLARI, QAZİLƏRLƏ GÖRÜŞÜB
Anım Günündə Suraxanıda şəhid ailəsinin hasarını dağıtdılar ..-  Əziz Əzizov, 1.5 sot torpaq sahəsi  sənin üçün bu qədər “qiymət”lidir ?
Şəhid atası ölüm ayağındadır - Ailə kömək gözləyir
Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI
Vətən müharibəsi şəhidlərinin YENİ SİYAHISI
Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI
Bu gün şəhid Romin Əliyevin doğum günüdür - VİDEO
Vətən Müharibəsinin iki dost, iki sirdaş qaziləri (VİDEO)
Vətən Müharibəsi Qəhrəmanlarına bu güzəştlər olunacaq - SİYAHI
Daşkəsəndə Vətən müharibəsi şəhidi Elməddin Vəkilov dəfn edildi — FOTOLAR
Hərbçilərə yüksək hərbi mükafatlar təqdim edildi
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda hərbçilər əllərində şəhidlərinin portretləri ilə yürüş keçirdi - VİDEO
Bakıda Vətən müharibəsi memorial kompleksi yaradılacaq - Sərəncam
Bu gün Vətən müharibəsi şəhidi Xəqani Məmmədovun cənnətdəki ilk doğum günüdür
Həyat yoldaşının ad günündə evinə şəhid kimi dönən igidimiz (VİDEO)